​İmişlidə avtomobil kanala düşüb, 5 nəfər ölüb

Baxış sayı: 
32
1  
0  

 
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.
 
Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.
 
Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...