İmişli şəhərinin Axundu da məni həbs etdirənlərlə əlbir imiş

Baxış sayı: 
188
5  
55  

 

 
İmişlidəki parkların satılmasından 2006-cı ildən həm sakinlər, həm bəndəniz azı kiloqramlarla yazılıb. Ən ağırı dahi dünyanın gizlinlərinə bələd olan güclü yaddaş, adı Yuli Sezarla, Teador, Ruzvelt, Napoleon, Avram Linkolnlə, Kamal Atatürklə dahilərlə bir yerdə çəkilən Heydər Əliyevin adına olan parkın satılmasını qəbul etmirik. Alimlərin hesablamalarına görə, yer sivilizasiyasında dahilərin tarix boyu sayı 400 istedad qeydə alınıb.
Sonuncu müraciətimizə ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Möhuma Heraçiyev subyektiv fikirləri ilə, bəndənizi sadəlövh hesab edib başından etməyə cəhd edib. (21 oktyabr 2019 №190820203650 saylı məktubla, əlavə edirəm) Hörmətli Heraçiyev nağıl danışmaqla 30 ilin siyasətçisinimi ələ salır, yoxsa?
Bəli, eks Torpaq Komitə rəhbəri Qərib Məmmədov Heydər Əliyevin ruhuna hörmət əlaməti olaraq parkları satanları məhkəməyə vermişdi, Torpaq komitəsi ləğv edilib, ƏMDK-ya birləşdirildi. Deməli, İmişlidəki parkların hüquqlarının qorunması ƏMDK-ya həvalə edildi. ƏMDK məhkəmə prosesini davam etdirmək əvəzinə, yazır ki, “müxtəlif dövrlərdə məsələ ilə bağlı narazı vətəndaşların şikayətləri əsasında dövlət qeydiyyatına alınmış sənədlərin ləğvi ilə bağlı Şirvan İnzibati-İqtisad Məhkəməsində qaldırılmış iddialar təmin edilməmişdir.”
Heraçiyev unudur ki, Torpaq Komitəsinin qanuni varisi kimi ƏMDK şikayət etməli idi ki, boyunlarından atmaqla, Heydər Əliyevə laqeyd yanaşmaqla, dövlət parklarını 2006-cı il ərzində satmış keçmiş başçı Əbülfəz Ağayevə, şəhər Bələdiyyə sədri Fərman Vəliyevə cinayət işi qaldırmalı idiniz.
Məktubunuzun sonunda “prezidentin 6 iyun 2007-ci il 586 nömrəli Fərmanının 7-ci bəndilə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılmasının təmin edilməsi məqsədi ilə səlahiyyətləri daxilində İmişli RİH-nə müraciət etmək hüququnuz vardır” – yazırsınız.
Direktor: Möhuma Heraçiyev.
Hörmətli Heraçiyev, bu məsələnin həlli yolu RİH-nin yox, birbaşa cavabdeh şəxsi ƏMDX-dir, RİH deyil.
Xahiş yox, tələb edirəm, öhdənizə düşənlərlə özünüz məşğul olun, şablon cavab verməyi unudun.
30 noyabr 2019-cu il, İmişli şəhərində yaxın bir şəxsin atasının dəfn mərasimində iştirak edirdim. Məclisi rayonun axundu Hacı Adıgözəl Cəmil oğlu Bəşirov aparırdı. Qeyd edim ki, MRX qarşısındakı kvadrat metri 20 qəpikdən 2006-cı il şəhər Bələdiyyə sədri Fərman Vəliyev tərəfindən satılmış park barədə FHN, bəndənizə 01 noyabr 2016-ci il №37/41-0S694 saylı məktubla izah edir ki, “Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş 04.08.2016-cı il tarixli, RX seriyalı 0886172 nömrəli çıxarışa əsasən həmin ərazidə 0.2560 ha torpaq sahəsi İmişli şəhər sakini Bəşirov Adıgözəl Cəmil oğlunun xüsusi mülkiyyətinə verilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd olunan torpaq sahəsində RİH Memarlı və Tikinti şöbəsi tərəfindən razılaşdırılmı eskiz layihəsi əsasında vətəndaş Adıgözəl Bəşirov tərəfindən 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Görürsünüzmü, hörmətli Heraçiyev, yenə də Sizin ƏMDK-nin barmağı görünür. Sağ olsun, FHN rəsmisi Təyyar Hüseynli Agentliyin rəis müavinidir.
İmişli RİH başçısı V.Hacıyev məzuniyyətdən qayıdan kimi, köməkçisi Fizuli İsayevi, memar Fərzəliyevi vəzifəsindən qovsan da, tikintini dayandıra bilmədi, çünki tikintidə məmur-oliqarx Saleh Səmədovun kölgəsi görünən kimi, başçı onu çox ağır qınasa da, tikintini dayandıra bilmədi. Parkların satışı hərracsız şəkildə yalnız pullulara satıldı, ƏMDK rəsmiləşdirildi, Heraçiyev isə, bəndənizə nağıl yazmaqla, yaxamı rayonun dil-ağzını bağlayan axund Adıgözəlin əlinə verməkdən ləzzət alır. İllərlə, İmişli yoxsulları, Beyləqan, Füzuli ƏMDK şöbələrinə gedib-gəlməkdən yorulub, atadan qalma 1950-ci illərdən tikilmiş evinə kupça ala bilmir, pullu, yas mərasimlərindən şişib-dağılan axund Adıgözələ bir həftədə kupça verir. Axund isə, dübarə evinin qarşısında, dəyəri 500 (beş yüz) min manat alan mərasim evin də tikdirdi. Heydər Əliyev adına Mərkəzin arxasında isə, dəyəri yüz min manatlarla ölçülən iki mərtəbəli obyekt tikdirib ki, “Muğan” banka ayı 3 (üç) min manata birinci mərtəbəsini icarəyə verib. Axund Adıgözəl, yas mərasimini tərk edərkən, mənimlə yanaşı oturan birinə əl uzatdı, mən də əlimi uzadanda, axund ironiya ilə əlimi bərkdən itələdi və bildirdi ki, sən məndən və obyektlərimdən yazmısan, sən kimsən ki, mənə əl uzadırsan deyəndə, bir nəfər, axunda: “Sən şahsan, yoxsa imam, toxunulmaz şəxsənmi, səndən yazılmasın”.
Mənə bildirdi ki, gələrsən məscidə buna son qoyarıq, yoxsa başın ağrıyar - deyəndə, mən ona narahat olma, beş ay həbsxanada yatızdırdınız, iran kəşfiyyatçısısanmı, öldürtəsən? Məni həbs etdirənlərlə sən əlbir deyilsən? Səndən hələ yazmamışam. Dostların dövlətimin imicinə Avropada zərbə vurub. Məni siyasi məhbusa çevirənlərin sağ əli, “dua” yazanı sən “deyilmisən”? Axı, onlar, sənin duan olmadan hərəkət etmirlər. Niqab pərdənizi artıq dövlət və xalq götürüb.
Xahiş edirsiniz ki, vətəndaşlar və media sizə ölkədə baş verən hadisələr barədə məlumat versinlər. Görürsünüzmi ki, məlumat verənlərin son aqibəti necə olur, əgər axund da bu çirkaba bulaşıbsa, ölkədə vəziyyətin müəkkəbliyindən agah olmağınızı xahiş edirəm.
 
 
ADP İmişli RT-nin sədri
                         jurnalist:                           Məhbub Əvəz oğlu Zülfüqarlı
02.12.2019

Загрузка...
Загрузка...