İmişli şəhərini özəlləşdirənlərin məqsədi nəinki parkları, örüş sahələrini, meşələri, ağacları qətliam etmək, hətta, şadlıq sarayları və bazarları ələ keçirmək və özlərini tikinti krallarınə çevirməkdir

Baxış sayı: 
411
11  
1  

     İmişlidə özəlləşdirmə proqramlarına yenidən baxmaq, dövlətçilik naminə mütləq vacibdir.
    
    İlk öncə bildirirəm ki, sayənizdə kölgə iqtisadiyyatı sıradan çıxarılır. Fironluq edənlərin sayı azalır. İmişli rayonu çoxdandır ki, “beşinci kalon”un kurasiyasındadır.
Bunların başında məmur-biznesmen Saleh Səmədovdur ki, cənab nazir Mikayıl Cabbarov tərəfindən Meteorologiya və Patent Dövlət Komitəsi prezidentliyindən qovuldu. Təhsil nazirliyinə isə məktub göndərildi ki, bu adamın savadı, fəlsəfə elmlər doktorluğu, Prezident yanında İdarəçilik Akademiyasını  bitirməsi  araşdırılsın, çünki, bu adam  orta məktəbdə lövhə, müəllim qarşısında “a..a..a...b” deməyib... və s. Mikayıl Cabbarov cənablarına təşəkkür edirəm. S.Səmədovun spirt-konyak zavodu, 20 hektarlıq istilikxanası, “Kral” şadlıq sarayı, “Kral” restoran-kafe-çay evi şəbəkələri, onların ətrafında iki mərtəbəli uşaq bağçası, ulu öndər H.Əliyevin adına olan parkın ərazisində tikilib. Əvvəlcə “20 Yanvar Şəhidlər Xiyabanını yerlə-yeksan etdirib, ərazidə olan 30-a yaxın qiymətli ağacları kəsdirib. Allah ona fürsət vermədi, “uşaq bağçası” hələ də qıfıllıdır. Şəhər mərkəzində iki mərtəbəli “Araz” marketinin dəyəri milyon manata qədərdir. Nohur-arx üzərində iki mərtəbəli anbarının dəyəri həmçinin, tikilməsinə isə hələ də icazəsi yoxdur. Mal-qara, donuzçuluq ferması, istilikxanasının yaxınlığında olan  sovetdən qalma lokatoru RLS-ni kəsdirib spirt zavodunun həyətinə atdırıb. İran, Rusiya bunu istəmirdimi? RLS-nin dəyəri milyonlarla manatla ölçülür, mütəxəssislər belə deyir.
     2-ci yerdə Yasəf Hüseynov gəlir ki, “Araz” çayı sahilində 20 hektar ərazini, örüş sahəsini özəlləşdirib, dəyəri milyon manatlarla ölçülən bazar tikdirib, magistral yolun sol tərəfində isə 3 hektar ərazidə gübrə və s. mal-material üçün anbarı var. Bakıda tikinti kralıdır. Saleh Səmədovla dost-qardaşdır. Hazırda borca düşən, iflas edən tikinti kralı Əvəz Şükürovu himayəyə götürüb.
      3-cü imkanlı şəxs Əvəz Şükürovun  şəhər ərazisində “Araz” çayı ətrafında qum-çınqıl karxanası var. Cavadxanlı kəndində isə iki min hektar torpaq sahəsini guya Baramaçılıq adı ilə özəlləşdirib, Çin Respublikasından İmişliyə mütəxəssislər gəlib tövsiyələr vermiş, özləri ilə yüz min manatlıq tut tingləri də gətirmişdilər. Tut tinglərinin əkilməsinə başçı V.Hacıyev də köməyə fəhlələr göndərmişdi. Şaxtalı dekabr ayında isə dostum Əfqanıstan və Qarabağ veteranının ayağını don vurmuş, veteran dünyasını dəyişmişdi. Adını ruhunu incitməmək xatirinə çəkmirəm. Hazırda Ə.Şükürov tut bağlarını ləğv edib yerinə buğda-arpa əkdirir. Baramanın taleyini isə Kənd Təsərrüfatı nazirliyi hal-hazırda Kənd Təsərrüfatı İdarəsi rəisi Səlim Məhərrəmovdan soruşmağa başlayıb. Nə cavab verəsidir?
          Bu şəxslərin torpaqlarını qoyub kəndlinin 10 sot ərazisini suvarmaq cəhdi  baş tuta bilərmi? Məni həbs etdirib siyasi məhbusa çevirənlər Saleh Səmədovun “krişalığı” altında olub. Əziz Quliyev isə, mənə bir il icbari hökm oxutdura bilmişdi. Yenə də 147-ci maddə ilə. ADP sədri Sərdar Cəlaloğlu olmasayd, ən aşağısı məni  147.3-cü maddə ilə həbs etdirəcək idi.
         5-ci yenə də Bakıda tikinti kralı Hacı Tofiq İsayevdir ki, bu yuxarıdakılarla müqayisə etsəm günaha bataram. Heydər Əliyev adına olan parkın adını dəyişdirib, layihədə “Mədəniyyət Nazirliyinin istirahət parkı” qoydurdu. Ərazidə iki çayxana, “Gənclik” şadlıq sarayı və səkkiz mərtəbəli otel tikdirməyi, ikinci mərtəbəsindən FHN tərəfindən dayandırılıb.
    Lənətlik SSRİ-nin sonuncu hökmdarı Mixail Qorbaçovun belə bir sözü var: “Biz balığın başını kəsir, quyruğundan soyuruq ki, iylənməsin”. Beşinci kolonun İmişlidə quyruğu qaldıqca rayon inkişaf etməyəcək, əhali çətin rüzgarda işsiz-çörəksiz hala düşməmək üçün mütləq İmişlini özəlləşdirənlərin fəaliyyəti araşdırılmalıdır. Bu insanların uşaqlığı yoxsul keçib deyə, sakinlərdən yoxsul uşaqlıq illərinin qisasını almırlarmı?
İmişlidən olan imkanlıların içərisində Əsabil Qasımov “Kral” şirkətlər qrupunun rəhbəridir. Atası kolxoz sədri olub, çörək verən, əl tutan insan olub. Ə. Qasımov da atasına oxşamalıdır.
      İmişlidə imkanlı şəxslərin biri də Şükür Aslanovdur ki, Avtoyol rəisidir. İmişlidə səfərdə olarkən prezidentimiz kimi Ş. Aslanovu “tərəqqi” medalı ilə təltif etdiniz. Səxavətinə, alicənablığına görə İmişlilərin müəyyən qismi onu İmam Zeynalabdinlə müqayisə edirlər.
      İmişlidə mənfi imicli imkanlılardan biri də Məmi Atakişiyevdir. Şəhər İcra Hakimiyyəti nümayəndəsi olub, hazırda Bəcrəvan kənd bələdiyyə sədridir. Min hektarlarla torpağını suvartdırır. Kənd sakinləri ondan təzə başçıya şikayət ediblər ki, onun əlindən torpağımızı suvara bilmirik. Kənddə mötəşəm villası, 10 metr hündürlüyündə hasarı, ona uyğun darvazası, kənd sakinlərinə meydan oxumurmu? Yəni mən kəndxuda, Siz rəiyyət, oturun yerinizdə.Hələ yaxşı ki,  hündür, xarici “Lexus” avtomobilinin altına salmır camaatı, şikayət edənləri. Var-dövləti, ferması, magistral yol kənarındakı domik-restoranının qiyməti 100 min ABŞ dolları ilə ölçülür. Yalnız imkanlılar orada şənlənir, qonaq-qara aparırlar.
      Mən isə yüksək ali təhsilli, siyasət insanı olaraq, uzun illərdir işsizəm. Qardaşlarımın boğazına ortağam. Mənimlə nəinki dost olmadılar, hətta iş də vermədilər, düşməçiliyi də kişi kimi etmədilər. “İşi” Şüvəlan Təcridxanasında, Qaradağ həbsxanasında CPM-nin 147 maddəsi ilə verdirdilər.
       İmişli rayon Məşğulluq İdarəsi rəisi Mirşamil Seyidov ƏƏSMN naziri Sahil Babayevin müavini Vüsal Nəsirlinin xalası oğludur. 3 cangüdənlə gəzir, rəis təyinatından sonra “Elçin” şadlıq sarayının otelində günü 20 manatdan qalırdı. Bu balaca uşaqdan o qədər şikayət edildi ki, çoxları yəqin etdi ki, həbs olunacaq. Amma Sahil Babayev Mirşamili qorumaq üçün Saatlı Regional Məşğulluq İdarəsinə rəis təyin etdi. Deməli ƏƏSMN-də yenə də köhnə maxinasiyalarmı başlayıb?
       Təzə məlumat aldıq ki, İmişli Rayon İcra Hakimiyyəti başçısı cənab Elçin Rzayev ötən 4-cü gün, yəni, biz yazandan sonra sakinləri qəbul edib. 2-ci qrup əlil olan Seyid Ağayev Elməddin başçıya bildirib ki,1 ildən artıqdır ki, Məşğulluq İdarəsinin rəisi Mirşamildən kartımı ala bilmirəm. Başçı ona deyib ki, mən sənin üçün Məşğulluq İdarəsinin rəisiyəm? Seyid Elməddin isə başçıya bildirib ki, bəs burada Siz başçısınızsa, prezidentin nümayəndəsinizsə, Sizə müraciət etməyim, kimə edim? Başçı ona deyib ki, çıx çölə tərbiyəsiz, polisləri çağırıb ki, bu “küçüyü” atın içəri. Başçının belə ifadəsini eşidib keçmiş başçı həbsdə olan V. Hacıyevin 7 arxadan dönəninə rəhmət oxudum. Çünki V. Hacıyevin dilindən heç kim adi “vicdansız” ifadəsi eşitməyib. Korrupsiya ilə həbs olunsa da, onun yaxşı əməlləri, vətəndaşlarla xoş rəftarı var idi. Təzə başçını görüb əksər vətəndaşlar V. Hacıyevin yaxşı xarakterindən danışırlar.
      MRX qarşısında 14 hektar Mədəniyyət və Turizm idarəsinə məxsus parkı Aslan Manafov özəlləşdirmiş, 611 ədəd ağacı kəsdirmişdi. Hazırda parkdan əsər-əlamət qalmayıb. İki özəl tibb mərkəzi “Leyla” klinikası və yaxınlığında “Şəfalı Əllər” klinikası, rayon axundu isə böyük mərasim zalları, villa tikdirib. Qalan ərazidə isə mağaza-restoranlar, evlər tikilib. Həbs edilən başçı V.Hacıyev parkın satılmasını isə məhkəməyə vermişdi. Hakim Ülvi Qənbərov baxılmamış saxlayıb, hələ də baxmayıb, Ülvi Qənbərov bu sahədə “peşəkardır”.
        İmişlini özəlləşdirənlərin korrupsiya ilə məşğul əməllərinin araşdırılmasını mütləq dövlət rəhbərliyi yüksək səviyyədə araşdırılmasına göstəriş verilməlidir.
      Yazı Prezident cənab İlham Əliyevə eləcə də İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova ünvanlanıb.
     
       ADP İmişli RT-nın sədri,jurnalist
       keçmiş siyasi məhbus:                                                        Məhbub Zülfüqarlı

       Tarix:                                                                                     26 iyul 2020-ci il
        Telefon:     050-581-61-88

 

Загрузка...
Загрузка...