İmişli rayon Bəcrəvan kəndini Məmi Atakişiyev özəlləşdirir

Baxış sayı: 
594
4  
1  

                                                  Azərbaycan Respublikasının Prezidenti
                                                  cənab İlham Əliyevə
                              Surəti:         Baş prokuror cənab Kamran Əliyevə
                              Surəti:         Kənd Təsərrüfatı naziri cənab İnam
                                                   Kərimova

                                                  ADP İmişli RT-nın sədri, hüquq
                                                  müdafiəçisi Məhbub Əvəz oğlu Zülfüqarlı
                                                  tərəfindən

                                              Açıq Məktub

    Hörmətli cənab Prezident!
    Hörmətli Baş prokuror!

    Cənab nazir!
    İmişlinin Bəcrəvan kənd camaatı ilə görüş keçirən hörmətli cənab başçı Elçin Rzayevə kənd camaatı Məmi Atakişiyevin əlindən pay torpaqlarını suvara bilmir,-deyə şikayət ediblər. Hətta Meliorasiya ASC-nin İmişli rayon Su-Kanal idarə rəisi, hörmətli Nizami Məmmədov bildirib ki, Məmi Atakişiyev 1000 hektarlarla  torpağını suvarırvə buna görə də kənd camaatı haqlı narazılıq edir. Əvvəlki yazılarımızda qeyd etmişdik ki, İmişli rayon ərazisini, torpaqlarını altı nəfər məmur-oliqarx özəlləşdirib. Onlardan biri məmur-oliqarx Saleh Səmədov idi ki, yazdıq ki,İqtisadiyyat nazirimiz cənab Mikayıl Cabbarov Salehi Meteorologiya və Patent Komitəsinin prezidentliyindən qovub.Yazmışdıq ki, İmişlini özəlləşdirənlərin uşaqlığı yoxsul keçib. Onlar da uşaqlıq illərinin qisasını alır, camaata üstdən aşağı baxırlar. Məmi Atakişiyev indi həbsdə olan keçmiş başçı V. Hacıyevin sağ əli idi, şəhərin icra nümayəndəsi kimi, yaxşıca varlanmışdı, V. Hacıyevlə bərabər yaxşı pul-para qazananlardan biri idi. Hazırda Bəcrəvan kənd bələdiyyəsinin sədridir. Təzəlikcə hündür avtomobil “Leksus” alıb, hələ yaxşı ki, kənd camaatını “Leksus”un altına salmır. Maşını elə lovğalıqla  sürür ki, sanki görməyibmiş. Həyətinin darvazasının hündürlüyü, hasarı ilə birlikdə 10 metrdən artıqdır. Belə təmtəraq Bakıda belə yoxdur. Magistral yolun kənarındakı restoran-domiklər şəbəkəsinin dəyəri 100 minlərlə ölçülür. İmişliyə gələn rəsmilər  eləcə də, oliqarxların yeyib-içib dincəldiyi bir obyektdir. Salehlə Məmini tez-tez bu restoranda görürlərmiş. Kənd camaatı Məmidən şikayət etməyə qorxur, çox arxalı biri olan Məmi, onları zorən həbs etdrimək gücündədir.
06 iyul 2017-ci il S.Səmədov, məni həbs etdirdiyi gün Məmi ilə yaxşıca yeyib-içib bayram ediblərmiş, V. Hacıyev də yeyib-içmək mərasiminə mənə hökm oxunandan, yəni, saat 18:45-dən sonra qoşulubmuş. İndi V. Hacıyev gördümü ki, uşaqlığı yoxsul keçənlərin milyarderə çevirməyin aqibəti nədir?
       Hər iki oliqarx yaxşıca bayram ediblər, V. Hacıyevdən bəhs edərək yaxşıca keflərini duruldublar, unudublar ki, heç kəs həbsdən, ölümdən sığortalanmayıb.
       Bu iki adamla müqayisədə, V. Hacıyev aristokrat, təhsilli ürəyində rəhm hissi olan biri idi, yalnız düşmənçiliyi mənim kimilərlə idi ki, onu mənə qarşı düşmənçiliyə vadar edənlərdən biri Məmi kişi idi. Yəqin,  MTN zabitlərinin, Gürcüstan vasitəsi ilə Ermənistana satılan pambıq məsələsinə görə İmişliyə gəlməsi, Məminin yadından çıxmayıb, onda Məmini həbs gözləyirdi, sadəcə, İlqarla, Allahverdi bəylər, Məminin həbs olunmasını istəmədilər, MTN-çilərlə görüşmədilər... Bu barədə sonra...
İmişli pambıq zavodunu 1992-2000-ci illərə qədər iflic edən də o vaxt zavodun direktoru olan bu Məmi idi.
     Zaman dəyişib, cənab prezident xalqın çörəyini zəhərə döndərən, çörəyini yoxa çıxaran kəslərin yerini göstərməkdə davam edir. Cəzasızlıq sindromu artıq bitib. Xalqın suyunu, çörəyini, havasını zəhərə döndərənlərin 5-6 nəfərin öz yeyib-içdikləri də zəhərə dönüb. Tələ yiyəsi gəlib. Hələlik V. Hacıyevdən başlanılıb. V. Hacıyev bu iki nəfərə baxanda məsumdur.
Məmidən şikayət edənlərin qorxu hissini unudanların da sayı artıb, mən onlardan sonrayam ”zamenəm”. Salehə yerini, İqtisadiyyat nazirimiz Mikayıl Cabbarov göstərdi, inanıram ki, Məmi bəyə, yerini Kənd Təsərrüfatı nazirimiz İnam Kərimov göstərməlidir. Torpaqdan gözü doymayanlar başa düşmür ki, sonda torpaq özü onu alacaq. Dünyanın ən uzun ömürlü peyğəmbəri  800 il yaşamış Nuh peyğəmbərə sual verirlər ki, bu dünyanı necə gördün? Cavab heyrətamiz idi: ”Ana bətni, sonra torpaq”-deyib.

      Hörmətlə,

     ADP İmişli RT-nın sədri
     hüquq müdafiəçisi,jurnalist                                    Məhbub Əvəz oğlu Zülfüqarlı

Загрузка...
Загрузка...