İlqar Məmmədovun azad edilməsi Azərbaycanda insan haqları üçün nə məna daşıyır?

Baxış sayı: 
295
1  
0  

İlqar Məmmədovun azadlığı bir çox müxalif fəal, insan haqları müdaficəçiləri və beynəlxalq qurumlar tərəfindən müsbət qarşılansa da, çoxları bu qərarın Azərbaycanda insan haqları problemini çözmədiyi qənaətindədir.

Azərbaycan hökuməti isə Avropa ölkələri və Avropa İttifaqı ilə əlaqələrini iqtisadi və strateji baxımdan inkişaf etdirməyə davam etsə də, insan haqları və demokratiya məsələlərində Avropa təşkilatlarından getdikcə sərtləşən tənqidlərlə üzləşir.

Avropa Şurasında yenidən Azərbaycan Siyasi Məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması Azərbaycanın qurumdaki nüfuzuna dəyən ziyanın əlamətlərindən biridir. Azərbaycandaki insan haqları QHT-ləri ölkədə siyasi məhbusların sayının hər gün artıdığını iddia edirlər.

Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovu azad etməsinə dair hökmünü icra etmədiyinə görə Azərbaycana qarşı başlanılan pozuntu prosedurlarına hələ də baxılır.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti iqtisadi əlaqələrində Avropa ölkələrilə qurduğu münasibətlərdə istədiyi hədəfləri əldə edib. İnsan haqlarına dair narahatlıqlara rəğmən, Avropa Komissiyası fəal şəkildə Cənub Qaz Dəhlizinə daxil layihələri dəstəkləyib və dəstəkləməkdədir.

Bununla bağlı olaraq, insan haqları təşkilatları və insan haqları müdafiəçilərinin çağırışlarına baxmayaraq, Azərbaycanla Avropa İttifaqı arasında müzakirə olunan yeni strateji əməkdaşlığın təməlləri olacaq prioritet sahələrdə insan haqlarına dair şərtlər yoxdur.

"Həll" olunan problem, yoxsa "yarımçıq qərar"?

Hüquq müdafiəçisi və ReAl partiyasının insan haqları və humanitar katibi Rəsul Cəfərov BBC News Azərbaycancaya müsahibəsində İlqar Məmmədovun şərti azadlığa buraxılmasını "yarımçıq bir qərar" adlandırıb və onun "faktiki hər iki maddə üzrə təqsirkar hesab olunmaqda davam" etdiyini deyib.

O, İlqar Məmmədovun azadlığa buraxılmasının bir daha AİHM qərarlarının Azərbaycan tərəfindən icra edilməli olduğunu göstərdiyini və bunun digər məhbuslar üçün ümidverici olduğunu qeyd edib.

Rəsul Cəfərov

Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğunu iddia edən hüquq müdafiəçisi, İlqar Məmmədovun azadlığa buraxılmasının Azərbaycanda "istənilən siyasi məhbusun məsələsinin həll oluna biləcəyini" göstərdiyini deyib.

Lakin o, bunun baş verəcəyindən tam əmin olmadığını da qeyd edib.

"Biz gərək bir az gözləyək, müşahidələr aparaq ki, proseslər hansı istiqamətdə inkişaf ediəcək."

O, Azərbaycanda insan haqları problemlərini hüquq-mühafizə sistemində ki texniki problemlər yox, hökumətin siyasətinin nəticəsi olduğu iddia edərək, bu problemlərin həlli üçün lazım olan "siyasi iradənin" hələ mövcud olmadığı qənaətində olduğunu bildirib.

Avropa Komissiyasının Cənub Qaz Dəhlizinə fəal dəstəyi və insan haqları müdafiəçilərinin çağırışlarına əmək etməyərək Azərbaycanla yeni saziş üzrə danışıqlarda insan haqlarının prioritet sahələr siyahısına daxil olmamasına gəldikdə, Rəsul Cəfərov, Avropa Komissiyası və digər beynəlxalq oyunçuları ikili standartlarda ittiham edir.

"Bu ikili standartlar demokratik cəmiyyətə qarşı istifadə olunur", o deyib.

O, AK-nın Azərbaycan hakimiyyətinin maraqlarını, öz maraqlarını qorumaq üçün təmin etdiyini iddai edir.

"İndi təssürat odur ki", Rəsul Cəfərov deyir, "pərdə arxasında bu məsələlər danışılır...lakin Azərbaycan hakimiyyəti bunun ictimai şəkildə açıqlanmasını istəmir...onlar da bunu etmirlər".

Səməd Seyidov

O, insan haqlarına dair müddəaların Aİ-Azərbaycan sazişində olacağına inanır, lakin o həmçinin bu müddəların təkcə formal olaraq yox, dəqiq addımlar və fəaliyyətlərlə gösətirilməsini istəyir.

Bunu isə yalnız sazişə yekun sazişə baxdıqdan sonra etmək mümkün olacaq, o vurğulayıb.

BBC-yə müsahibəsində, Azərbaycanın Avropa Şurasına nümayəndə heyətinin sədri Səməd Seyidov isə İlqar Məmmədovun azadlığa buraxılmasını "çox müsbət" qarşıladığını deyərək, bununla Azərbaycanın AŞPA üzləşdiyi problemləri "həll" etdiyini bildirib.

O, qeyd edib ki, Şəki Apelyasiya Məhkəməsi bu qərarı ilə göstərib ki, "bizim hüquq-mühafizə orqanları bütün lazım olan prosedurları həyata keçirdilər".

Bu qərarın AİHM hökmünü yalnız qismən yerinə yetirdiyi və bunun nə nəticə verəcəyi sualına isə, o, sentyabr ayında AŞPA qurumlarında danışıqlarda bu məsələnənin müzakirə olunacağını deməklə kifayətlənib.

Səməd Seyidov İlqar Məmmədovun azadlığa buraxılmasını "bizə siyasi cəhətdən çox böyük kömək" göstərəcəyini qeyd edərək, bununla AŞPA-da siyasi məhbuslar üzrə məruzəçinin təyin olunmasının əsaslarından birinin İlqar Məmmədovun işi olduğunu vurğulayıb.

"Buna görə, həmin məruzəçinin işini biz "yüngülləşdirmişik."

O, bir neçə başqa məsələlərin də tezliklə hüquq-mühafizə orqanları, məhkəmə sistemi tərəfindən araşdırılmasını və bununla da Azərbaycanın imicinə və mövqeyinə təsir göstərən məsələlərin həll olunmasını arzuladığını söyləyib.

Lakin cənab Seyidov həmçinin bildirib ki, "bu problemdən Azərbaycanı istəməyən və Azərbaycana qarşı mövqedə dayanan qüvvələr çox istifadə edirdilər, bizim başımızı çox ağrıdırdılar".

O, adlarını bildirmədiyi bu qüvvələrin Azərbaycan barədə "haqq-nahaq, xoşagəlməz, reallıqdan kənar və həqiqətlə qarışdırılmış yalan" dediklərini iddia edib.

Dunja Mijatovic

Beynəlxalq Təşkilatlar nə düşünür?

Avropa Şurasının Baş Katibi Thorbjorn Jagland İlqar Məmmədovun azadlığa buraxılmasına dair qərarın "yaxşı xəbər" olduğunu qeyd edərək, "biz Avropada siyasi məhbusların olmasını qəbul edə bilmərik, təqsirsiz insanlar azadlıqlarından məhrum edilməməlidirlər və AİHM-ın hökmləri icra edilməlidir" deyə əlavə edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Liliane Maury Pasquier də bu xəbəri "xoş" olaraq qarşılasa da, İlqar Məmmədovun əvvəlki hökmündə qeyd olunan həbs müddətinin qalan qisminin sınaq müddəti ilə əvəz olunması və ona qoyulan səyahət qadağasını "təəssüfedici" adlandırıb.

O, həmçinin "Azərbaycanda siyasi motivli ittihamlarla həbs edilən digər şəxslərin" də olduğunu xatırladaraq, Azərbaycan hakimiyyətnii onları azad etməyə çağırıb.

AŞ İnsan Haqları Komissarı Dunja Mijatovic da bu fikirləri təkrarlayaraq, Azərbaycanı "insan haqları öhdəliklərini yerinə yetirməyə və tənqidi mövqelərinə görə həbs edilən digər şəxsləri" də azad etməyə səsləyib.

Avropa Parlamentinin sözçüsü də bənzər bəyanatla digər məhbusların da azad edilməsinə çağırıb.

"Azərbaycan xalqı və Aİ-Azərbaycan əlaqələri naminə, o cümlədən insan haqları və demokratriya kimi mühüm məsələləri həll etmək üçün, Avropa İttifaqı Azərbaycanla birlikdə işləməyə və sıx dialoq qurmağa davam edəcək", bəyanatda deyilib.

Thorbjorn Jagland Amnesty International beynəlxalq insan haqları təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Marie Struthers deyib ki, "siyasi motivli məhkəmələr Azərbaycanın "ədliyyə" sistemində adiləşib".

O, Azərbaycan hakimiyyətini İlqar Məmmədova qarşı ittihamları dərhal ləğv etməyə çağırıb və vurğulayıb ki, Azərbaycanda "İlqar Məmmədovun işi davam edən ədalətsizliyin və hələ də həbsdə qalmış və ədalətli məhkəməyə ümidi olmayan onlarla hökumət tənqidçilərinə qarşı vəhşi repressiyaların simvoluna çevrilib".

Human Right Watch beynəlxalq insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya Bölməsinin direktor müavini Giorgi Gogia isə xəbərə münasibətində İlqar Məmmədovun həbsilə nəticələnən məhkəmə hökmünü "ədaləti tam lağa qoymaq" adlandırıb və Şəki Apelyasiya Məhkəməsinin qərarı çərçivəsində İlqar Məmmədovun hələ də təqsirkar sayıldığını qeyd edib.

Bu isə, o qeyd edib, AİHM hökmünün tam icrası deyil.

Cənab Gogia Azərbaycanın beynəlxalq tərəfdaşlarının bu qərara müsbət reaksiyasını təbii adlandırıb, lakin həmçinin onlara Azərbaycanı həddindən artıq tərifləməməyə tösviyə görüb və Azərbaycanı "həbs edilmiş onlarla insan haqları müdafiəçiləri, siyasi fəalları və jurnalistləri" də azad etməyə çağırıb.

 
Загрузка...
Загрузка...