​İlk “Oskar”ını qazanan Bred Pittdən Donald Trampa MESAJ

Baxış sayı: 
76
1  
0  

“Bir zamanlar Hollivudda” filmindəki roluna görə “İkinci planda ən yaxşı aktyor” nominasiyasında ilk “Oskar”ını alan aktyor Bred Pitt çıxışında ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb.
 
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, aktyor mükafatı almaq üçün səhnəyə çıxanda D.Trampın vaxtı ilə işdən qovduğu müşavirə vaxt tanımaması məsələsinə toxunub:
 
“Danışmaq üçün 45 saniyəm var. Senatın Con Boltona verdiyi vaxtdan daha çoxdur”, - deyə Prezidentə ismarış yollayıb.
 
Qeyd edək ki, Con Bolton Trampın keçmiş milli təhlükəsizlik müşaviri olub. Yazdığı bir kitabda istifadə etdiyi ifadələr Trampın onu vəzifədən uzaqlaşdırmasına yol açmışdı. Müxalifətdəki demokratlar Boltonun Senata ifadəyə çağrılmalı olduğunu söyləsə də, onların istəyi reallaşmamışdı.

Загрузка...
Загрузка...