İLK DƏFƏ: ABŞ-ın illərə meydan oxuyan əfsanəsi belə görüntüləndi - FOTOLAR

Baxış sayı: 
57
3  
0  

ABŞ Hərbi Hava Qüvvələrinin bir müddətdir ki, Suriyada istifadə edilən və bir neçə gün əvvəl Rusiya hərbi bazasına yaxın uçması ilə gündəmə gələn əfsanə “B-52” bombardman təyyarəsi ilk dəfə Yunanıstana eniş edib.
 
Publika.az xəbər verir ki, “B-52” bombardmançısı ilk uçuşunu 1952-ci ildə gerçəkləşdirsə də, hazırda ABŞ tərəfindən olduqca aktiv istifadə edilir. İllərə meydan oxuyan təyyarənin 2044-cü ilə qədər arsenalda saxlanması planlaşdırılır.
 
“B-52”lər Hazırda İngiltərənin Fairford şəhərindən qalxır, Avropanın hava məkanını keçdikdən sonra Yunanıstan və Kipr adasının cənubundan uçub Suriyaya gedir.
 
İlk dəfə
 
Təyyarələrdən biri dünənki uçuşu zamanı hava şəraitinin pisləşməsinə görə Yunanıstanın Girit adasına eniş edib. “Souda Bay” hərbi hava bazasına gedən “B-52”, beləliklə, tarixində ilk dəfə Yunanıstana enmiş olub. Hava şəraiti düzəldikdən sonra isə İngiltərəyə geri qayıdıb.
 
 
 
Yunan qırıcıları müşayiət edir
 
“B-52”lər Suriyaya gedərkən Yunanıstandan keçəndə bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları onları müşayiət edir.
 
 
 
Zamana meydan oxuyur
 
Ümumilikdə, 8 ədəd qırıcı motoruna sahib “Boeing” istehsalı olan “B-52”nin mənzili 14 min 162 km-dir. Təkmilləşdirilməsi sayəsində illərə meydan oxuyur. 31 min 500 kq ağırlığında bomba və raket daşıya bilən təyyarə 15 min 150 metr hündürlüyə qalxa bilir. “B-52”nin maksimum qalxma ağırlığı isə 219 min 600 kq-dır.
 
Zümrüd

Загрузка...
Загрузка...