İlin ən seksual kişisi bəlli oldu – FOTO

Baxış sayı: 
38
2  
0  

Məşhur müğənni Con Lecend “People” jurnalının versiyasına görə ilin ən seksual kişisidir.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı amerikalı müğənni Con Lecend artıq bir çox peşə uğurları qazanıb: Oskar, Emmi və Qremmi kimi fəxri mükafatların sahibidir. İndi onun fəxri mükafatları və titullarına daha biri əlavə olundu - "People" jurnalı onu bu il planetin ən seksual kişisi seçib. Ulduz bildirib ki, nəşrin ona bu adı verdiyini eşidəndə çox həyəcanlanıb:
 
"Mən ruhlandım, amma eyni zamanda qorxdum, çünki bu, çox yüksək göstəricidir. Hər kəs bu ada layiq ola biləcək qədər seksual olduğumu görmək üçün bütün bədənimi təhlil edəcək".
 
Musiqiçinin həyat yoldaşı, 33 yaşlı aktrisa Krissi Teyqen ərini bu münasibətlə instaqramda təbrik edib:
 
"Dünyanın ən seksual kişisi ilə evli olmaq xəyalımı reallaşdırdım! Şərəfdir! Uzun bir yol qət etdin, canım".
 
"Çox qürur duyuram ki, bağlı olduğum, sevdiyim həyat yoldaşım və iki övladım var" , - deyə Lecend müsahibəsində etiraf edib.
 
Qeyd edək ki, Con Lecend və Krissi Teyqen altı ildir evlidir. Cütlüyün bu nikahdan iki övladı var: 2016-cı ildə qızları Luna, 2018-ci ildə isə oğlanları Maylz dünyaya gəlib.

Загрузка...
Загрузка...