​İlin ən mühüm kosmik hadisəsi: “SpaceX Demo-2” uçuşa hazırlaşır -CANLI YAYIM

Baxış sayı: 
91
2  
0  

 
Bu axşam, Bakı vaxtı ilə saat 23:22-də ilk dəfə olaraq şəxsi şirkətə məxsus raket və kosmik gəminin köməkliyi ilə astronavtların kosmosa uçuşu baş tutacaq.
 
NASA-nın məlumatına görə, bu, “SpaceX Demo-2” uçuş aparatının ikinci cəhdidir.
 
Bu, həmçinin son doqquz ildə ABŞ ərazisindən ilk pilotlu missiya uçuşu olacaq.
 
İlk uçuş 27 mayda planlaşdırılsa da, hava şəraitinə görə baş tutmamışdı. NASA-nın son məlumatına görə, hazırda hava şəraiti start üçün əlverişlidir.
 
Uçuşu izləyənlər arasında ABŞ Prezidenti Donald Tramp da var.
 
Oxu.az
 

Загрузка...
Загрузка...