İlin ikinci Ay tutulması başladı - YENİLƏNDİ

Baxış sayı: 
29
1  
0  

Bu saatlarda ilin ikinci Ay tutulması (qismən) başlayıb.
 
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Publika.az-a verilən məlumata görə, proses saat 01:31-də maksimum həddə olacaq.
 
Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.
 
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.
 
Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.
 
Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.
 
***
 
16 iyul 17:05
 
Bu gecə Ay tutulması gerçəkləşəcək.
 
Publika.az xəbər verir ki, çılpaq gözlə seyr edilə bilən məhdud sayda astronomik hadisələrdən olan Ay tutulması bu gün gecə saatlarında baş tutacaq.
 
Təxminən 5 saat davam edəcək kosmik hadisəni Azərbaycandan da izləmək mümkün olacaq.
 
Tutulma zamanı Ayın 65%-i Yer kürəsinin kölgəsinə bürünəcək. Astonomlar qeyd edir ki, belə hadisələr ildə ən az iki dəfə təkrar olunur. Növbəti Ay tutulması Günəş tutulmasına bağlı olaraq 10 yanvar 2020-ci ildə olacaq.
 
Zümrüd

Загрузка...
Загрузка...