“İlham Əliyevlə bir-birimizə söz vermişik ki…” – Lukaşenko

Baxış sayı: 
48
1  
1  

Bu ilin əvvəlindən bəri Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi üç dəfə artıb.

Turaninfo.org Teleqraf.com-a istinadən  xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə Prezident Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, digər ölkələrlə müqayisəolunmaz dərəcədə ikitərəfli ticarət əlaqələri yüksək səviyyədədir.

Lukaşenko başda təhsil sektoru olmaqla, digər humanitar sahələrdə də, Belarus və Azərbaycan arasındakı əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb:

“Xüsusilə də, Belarusda çoxlu sayda azərbaycanlı işləyir. Azərbaycan üçün qapılarımız açıqdır”.

Prezident Lukaşenko səfirə xitabən deyib: “Səninlə dost olduğumuzu bilməlisən. İlham Əliyevlə imzaladığımız anlaşmalar müqəddəsdir və bunları yerinə yetirəcəyimizə bir-birimizə söz vermişik. Belarusun Azərbaycanla gizli söhbəti yoxdur”.

Загрузка...
Загрузка...