İlham Əliyevdən İrəvanı təşvişə salan MÜHARİBƏ XƏBƏRDARLIĞI: Putinin Bakıya zəngi və...

Baxış sayı: 
221
2  
0  

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşündən sonra baş verənlər İrəvanda narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyana zəng edərək, Qarabağ müzakirələri haqda danışdı.

Aprelin 1-də Putin Prezident İlham Əliyevə telefonla zəng edib və ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi haqda da müzakirələr aparıb.

Putinin bu zəngləri Rusiyanın Qarabağ münaqişəsində tutduğu mövqe baxımından təəccüblü deyil.

Lakin Ermənistanı qorxuya salan Azərbaycan Prezidentinin aprelin 2-də verdiyi bəyanatdır.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsini ziyarət edən Ali Baş Komandan bəyan etdi ki, “Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb”.

Erməni şərhçi Naira Ayrumyan iddia edir ki, Azərbaycan müharibəyə hazırlaşır.

“Azərbaycan Prezidenti son bəyanatı ilə müharibənin ikinci mərhələsini elan etmiş oldu. Bəs Ermənistan nə edir, biz sülh nizamlanmasına davam edəcəyikmi, yoxsa məğlubiyyətdən qaçmaq üçün indidən hazırlaşacağıq?”, - deyə erməni şərhçi Ermənistan hakimiyyətini müharibəyə hazırlaşmağa çağırıb.

N.Ayrumyan Rusiya prezidentinin Bakı və İrəvana zənglərindən də bəhs edib.

Onun iddiasına görə, Rusiya münaqişə ilə bağlı təşəbbüsü əldən verə biləcəyindən narahatdır.

“Rusiya Qarabağda yeni “aprel müharibəsi” ssenarisinin baş verə biləcəyini də istisna etmir və prosesə nəzarəti ələ almaq istəyir. Xüsusilə Qərbin münaqişənin nizama salınması ilə bağlı çağırışları fonunda Moskvanın narahatlığı başa düşüləndir”, - deyə o bildirib.

 

Загрузка...
Загрузка...