"İlham Əliyev KTMT sammitinə getməyə hazır idi..." - Nazarbayev təklif verib, Lukaşenko dəstəkləyib

Baxış sayı: 
63
0  
0  

KTMT-də Azərbaycan prezidenti İlham Əliyevi bu blokun Astanada keçirilən sammitinə dəvət etmək ideyası müzakirə olunub. Turaninfo.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazır.

Qəzetin mənbələrinin bildirdiyinə görə, bu ideyanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb və bəzi digər liderlər dəstəkləyib. O cümlədən Belarus prezidenti Aleksandr Lukaşenko. Məlumata görə İlham Əliyev Astanaya getməyə hazır idi, amma erməni tərəfi bu ideyaya qarşı çıxıb.

“Bloka daxil olmayan ölkələrin rəhbərləri KTMT-nin tədbirlərində iştirak edə bilərlər, amma təşkilatın bütün üzvləri buna razı olsa”-sammitdə iştirak edən ölkələrdən birinin nümayəndə heyətindəki yüksək rütbəli mənbə deyib. İndiki halda isə onun sözlərinə görə, konsensus olmayıb.

İlham Əliyevin Astanaya dəvət edilməsi ideyasını şərh etmək üçün qəzet Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyana zəng vurub. Nağdalyan deyib ki, onun bu barədə məlumatı yoxdur.

Загрузка...
Загрузка...