İlahiyyat İnstitutuna ödənişsiz qəbul aparılır

Baxış sayı: 
60
1  
0  

Azərbaycan  İlahiyyat İnstitutu İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir. 

Oxu.Az-ın məlumatına görə, üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər İslamşünaslıq ixtisasına qəbul olmaq üçün 15-16 avqust tarixlərində Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Yüksək ixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanacağı Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. İnstitut öz tələbələrinə ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı verir. Bütün xarici dillər dörd inkişaf istiqamətində - oxuma, dinləmə, danışma, yazma istiqamətlərində tədris ediləcək.

Eyni zamanda, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq, dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirmək imkanı yaradacaq.

İnstitutdan məzun olacaq tələbələr dövlət qulluqçusu, din xadimi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə biləcəklər. Bunlarla yanaşı, tələbələr aylıq təqaüd, yemək və geyimlə də təmin olunacaqlar. 

Qeyd edək ki, valideynlərin və abituriyentlərin çoxsaylı müraciətləri nəzərə alınaraq DİM Aİİ-ə minumum keçid balını 150 bala endirib.

Загрузка...
Загрузка...