​ “İkinci pərdə”nin rejissoru yeni film çəkir - FOTO

Baxış sayı: 
52
2  
0  

“Pərdə” filmlərinin yaradıcısı Emil Quliyev və “ARTFİLMBAKU” şirkəti yeni layihəyə start verməyə hazırlaşır.
 
Publika.az xəbər verir ki, bu barədə tanınmış aktyor Hikmət Rəhimov instaqramda məlumat verib. Məlum olub ki, rejissor “Pərdə” trilogiyasının bəlli uğurundan sonra, hər üç filmin aktyor heyətindən ibarət yeni filmin çəkilişlərinə başlamağa qərar verib. “Mən burda tək olmuşam” adlanacaq yeni layihə dram və psixoloji triller janrındadır. Filmin ssenari müəllifləri Nicat Muxtarov, Nurlan Həsənli və Emil Quliyevdir. Baş rolları Hikmət Rəhimov və Azər Aydəmir canlandıracaq.
 
Qeyd edək ki, hər iki aktyor Pərdə filmlərində tamaşaçının rəğbətini və sevgisini qazanıb. Həmçinin rollarda Fəridə Şahbazlı, Nəsibə Eldarova, Zemfira Əbdülsəmədova və başqa aktyorları görə biləcəksiniz. Filmin çəkilişləri Bakıda və Xaçmaz rayonunda reallaşacaq.
 
2020-ci ilin Fevral ayında çəkilişlərinə start veriləcək filmin Azərbaycan premyerası bu ilin payız fəslinə planlaşdırılıb.

Загрузка...
Загрузка...