İki qadını fahişəliyə cəlb edən Samirə - Hakim qarşısında

Baxış sayı: 
126
1  
0  

 
Azərbaycanda iki qadını cinsi istismara məruz qoymqada ittiham olunan Gəncə şəhər sakini Samirə İbrahimova həbs edilib.
 
Teleqraf.com-un xəbərinə görə, 1980-ci il təvəllüdlü Samirə İbrahimova 2017-ildən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarışa verilib.
 
O, bu ilin əvvəlində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
 
İstintaq orqanı tərəfindən Samirə İbrahimovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Samirə İbrahimovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
 
Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...