​II Avropa Oyunları başa çatdı: Azərbaycan idmançılarının QAZANDIĞI NƏTİCƏLƏR

Baxış sayı: 
57
2  
0  

Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.
 
Azərbaycan millisi Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
 
Yarışın son günündə 36 dəst medal sahibini tapıb. Azərbaycan millisi bu gün hesabına 4 medal yazdırıb. Güləşçilərdən İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal əldə edib. Karateçi Rafael Ağayevlə (75 kq) Firdovsi Fərzəliyev (60 kq) də "gümüş"lə kifayətlənib.
 
Beləliklə, Azərbaycan yığması "Minsk 2019"u 10-cu pillədə başa vurub. Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşaya bilib.
 
Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb.
 
İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb (Report).
 
***
 
Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.
 
75 kq çəki dərəcəsində yer alan 34 yaşlı idmançı finalda Stanislav Horunaya uduzub - 0:4.
 
***
 
18:53
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.
 
60 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib. Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan idmançımız gümüş medalla kifayətlənib. Bu, Azərbaycan karateçilərinin “Minsk-2019”da dördüncü medalı olub.
 
Qeyd edək ki, Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçimiz Rafael Ağayev (75 kq) isə az sonra final görüşünə çıxacaq.
 
Xatırladaq ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.
 
***
 
18:15
 
Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
 
Publika.az xəbər verir ki, 75 kq çəki dərəcəsindəki titullu idmançı yarımfinalda rusiyalı Pavel Artamanova qalib gəlib. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə üz-üzə gələcək.

Загрузка...
Загрузка...