İH vətəndaşın kompensasiya pulunu mənimsəyir – Video

Baxış sayı: 
69
2  
0  

Xalidə Quliyeva 10 ildir zirzəmidə yaşayır.
 
Axar.az xəbər verir ki, X.Quliyeva və ailəsi bu barədə Real TV-yə məktubla müraciət edib.
 
Ölkə başçısı qəzalı vəziyyətdə olan binaların sakinlərinin köçürülməsi ilə bağlı tapşırıq verib və bu proses artıq yekunlaşmaq üzrədir. Amma nə üçünsə bu tapşırıq Quliyevlər ailəsinə şamil olunmur. Deyir yaşadığı binanın sakinlərinin çoxu kompensasiyalarını alaraq köçüblər. Onlar isə hələ də bu, işığı, suyu kəsilən zirzəmidə yaşamaq məcburiyyətindədirlər. Heç buradan köçmək şansları da yoxdur.
 
Prezidentin tapşırığı isə odur ki, qəzalı vəziyyətdə olan binaların zirzəmisində yaşayan sakinlər üçün 30 min manat kompensasiya ödənilməlidir. Elə sözügedən Quliyevlər ailəsini də bu ilin iyun ayında Suraxanı İH-dən çağırıb deyiblər ki, “Kapital Bank” da adınıza hesab açdırın, pulu köçürək. Amma bu günə kimi pul köçürülməyib.
 
Məsələ ilə əlaqədar Suraxanı rayon icra hakimiyyətindən bildirilib ki, aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib edilmiş aktlarda Suraxanı rayonunda bəzi binaların, o cümlədən Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olması göstərilib. Sahəsi 30 m2 və daha az olan mənzildə yaşayan ailələrin hər birinə 30 000 manat, sahəsi 30 m2-dən çox olan mənzildə yaşayan ailələrin hər birinə ümumi sahənin 1 m2-i üçün 1000 manat olmaqla birdəfəlik maddi yardımın, ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə hər ailə üçün 500 manat vəsaitin ödənilməsi işlərinə başlanılıb.
 
Barxudar Barxudarov deyib ki, sözügedən qəzalı binada yerləşən və Əsəd Quliyevə məxsus olan mənzilin 40 800 manat vəsait müqabilində boşaldılmasına dair edilən təkliflə mənzil mülkiyyətçisi razılaşmadığından, orada məskunlaşan şəxslərin, o cümlədən Xalidə Quliyevanın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə RİH tərəfindən məhkəmə qaydasında iddia qaldırılıb və həmin iddia təmin edilib.
 

Загрузка...
Загрузка...