İdlibdə Türkiyə-Rusiya ortaq hərbi patrul dövriyyəsi dayandırıldı: Səbəb – “müxaliflərin” hücumları

Baxış sayı: 
261
2  
0  

Dünən Türkiyə ilə Rusiyanın İdlibdə dünən başlatdıqları ortaq patrul dövriyyəsi bir neçə ssatdan sonra yarımçıq kəsilib.

Ovqat.com xəbər verir ki, bunu Rusiyanın Müdafiə Nazirliyi bəyan edib.

Nazirlik bunu müxalif silahlı qüvvələrin atəşkəs rejiminə tabe olmamaları ilə əlaqələndirib. İddialara görə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında martın 5-də Moskvada imzalanan sazişi qəbul etməyən Suriya müxalifləri rus əsgərlərinə hücumlarını sürdürürlər. Bu da M-4 şossesi üzərində başladılan ortaq hərbi patrul dövriyyəsini davam etdirməyi imkansızlaşdırır.

Загрузка...
Загрузка...