​İcra başçılarının dəhşətli həyasızlığı...

Baxış sayı: 
168
2  
1  

DTX-nin dövlət orqanlarında keçirdiyi əməliyyatlardan sonra bəzi vəzifəli şəxslərin, xüsusən icra başçılarının maskası düşdü. Amma başçılar maskasız qala bilmədilər və dərhal özlərinə yeni "üz" - həyasızlıq maskası geyindilər.
 
Sözümü nəyə gətirirəm.
 
DTX əməliyyatlarından sonra tutulan icra başçıları apellyasiya şikayəti verirlər.
 
Dəhşətdir! Bax, bu artıq həyasızlığın zirvəsidir.
 
A kişi, sən cinayət üstündə tutulmusan! Xalqa, vətənə, işlədiyin iqtidara xəyanət eləmisən! Dizlərini yerə atıb xalqdan, Prezidentdən üzr istəməli və güllələnmə tələb etməlisən. Amma sən neynirsən?
 
Görün nə qədər həyasız-abırsızdırlar ki, evlərindən, iş yerlərindən çıxan külli miqdarda vəsaitlərin görüntülərinin yayılmasının dərhal ardından ilkin məhkəmə qərarından apellyasiya şikayəti verməyə üzləri var, “günahsız” olduqlarını bəyan edib, azadlığa çıxmaq istəyirlər.
 
Bunlarda zərrəcə vicdan yoxdur. Zatən, vicdanı olan kəslər pandemiya dövründə, bu ağır şəraitdə xalqın, yetimin haqqını yeməzdi.
 
Məsələ budur ki, bunlarda abır-həya, utanmaq-qızarmaq da yoxdur. Bunların əlində kəsilmiş baş tutsan, deyəcəklər, tumar çəkirdim.
 
DTX bu yaxınlarda daha bir önəmli əməliyyat keçirdi. Bu əməliyyatda illər əvvəl postumuza hücum edib əsgərimizi şəhid edən terrorçu saxlanıldı. Açığı, mənim gözümdə həmin terrorçu ilə bu icra başçıları arasında heç bir fərq yoxdur. İkisi də dövlətə, xalqa xəyanət edib. İkisi də cinayətkardır. Terrorçu bir əsgəri şəhid edibsə, bu həyasız başçılar yüzlərlə vətəndaşımızı "qətlə yetiriblər".
 
Yenə cəhənnəm, həmin terrorçu günahını etiraf edir. Bu başçıların boynuna qoymaq olmur cinayəti.
 
Heysiyyətiniz olsun, çıxın deyin ki, qələt eləmişəm, oğurladığım pulları xalqa qaytarmaq istəyirəm. De ki, it kimi peşmanam, vicdan əzabı çəkirəm, mənə ən ağır cəzanı verin.
 
Raskolnikovda olan mənliyin 1 faizi sizdə olaydı kaş!
 
Özü də bunların həyasızlığı çoxmərtəbəlidir. Axı Prezident xəbərdarlıq etmişdi sizə! Demişdi ki, bəzi məmurlar var, xalqı incidirlər, bu əməllərini dərhal dayandırsınlar. Siz kimsiniz axı Prezidentin tapşırığını gözardı edirsiniz? İndi də durub apellyasiya üçün dilənirsiniz. Dilənmək adətinizdir. Siz vəzifə başında da dilənib xalqdan pul yığırdınız. Bu vaxta qədər pul saymısınız, bundan sonra da gün sayarsınız - həbsxanada!

Загрузка...
Загрузка...