"İCRA BAŞÇILARININ 99 FAİZİ TALANÇILIQLA MƏŞĞULDUR" - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
166
0  
0  

“Vətəndaşlara nə qədər zülm olunur-olunsun, heç bir məmur haqqında tədbir görülmür”

“Kimin kiminsə arvadından, qızından, əmlakından xoşu gəlirsə, öz bildiyini edir. Bura haradır ki?!”

“Ukraynada diasporun fəaliyyəti çox ciddi şəkildə araşdırılmalı, burada rəhbərlik dəyişdirilməlidir...”

Bir neçə gün öncə Mingəçevir İES-də ardıcıl baş vermis iki partlayış, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsi sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirələrə səbəb olub. Əksəriyyət belə fikirlərşir ki, bu hadisələr ölkəmizə qarşı xaricdən törədilmiş təxribatlardır. Maraqlıdır, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu barədə nə düşünür? Bu və digər suallarımıza cavab almaq üçün Sərdar bəylə söhbətləşdik.

(Əvvəli bu linkdə:http://hurriyyet.org/xeber/srdar_clalolu_quotbu_txribatlari_quotbeinci_kalonquot_trd_bilrdiquot_-_msahib)

- Belə bir informasiya da var ki, Elmar Vəliyevin güllələnməsi Bakı meri uğrunda hakimiyyətdaxili klanların çəkişməsinin nəticəsidir. Siz necə düşünürsünüz?

- Hətta bu olsa belə, yenə də dövlətin qüsurudur. Əgər dövlətdə məmurlar vəzifə uğrunda bir-birini öldürürlərsə, qırırlarsa, bu, elə terrorun bir başqa formasıdır. Nəyə görə Azərbaycanda klanlar bir-birini güllələməlidir? Mən elə hesab edirəm ki, burada Elmar Vəliyevin güllələnməsi ilə bağlı arqumentlərin hamısı iqtidarın əleyhinədir. Əgər bu, klanlararası davadırsa, yenə iqtidar günahkardır. Əgər bu, Rusiya kəşfiyyat orqanlarının terror hadisəsidirsə, yenə hökumət günahkardır. Yox, əgər bu, Elmar Vəliyevin özbaşnalığına vətəndaşın reaksiyasıdırsa, yenə iqtidar günahkardır. Hər üç versiyanın üçündə də hökumət günahkardır. Çünki kadrlar düzgün seçilmir, üzərlərində də nəzarət yoxdur. Vətəndaşların kadrlardan olan şikayətlərinə baxılmır və kadrların fəaliyyəti obyektiv qiymətləndirilmir. Azərbaycanda icra başçıslarının 99 faizi xalqa zidd siyasət aparır, talançılqla məşğuldur, vəzifələrinin öhdəsindən gələ bilmirlər, özbaşnalıq edirlər. Bu, nə deməkdir? Kimin kiminsə arvadından, qızından, əmlakından xoşu gəlirsə, öz bildiyini edir. Bura haradır ki?! Ona görə, bu icra başçılarının ipini yığmaq lazımdır. Təbii ki, biz bu terror hadisəsini təqdir etmirik, qətiyyətlə pisləyirik. Amma vətəndaşları bu vəziyyətə gətirən səbəblər aradan qaldırılmalıdır. Qaldırılmayacağı təqdirdə, siz kiməsə terrorist deməklə, kimisə pisləməklə, kimisə aparıb döyüb boynuna nəyisə qoymaqla, heç nəyə nail ola bilməyəcəksiniz. Azərbaycanda idarəetmə aşağı keyfiyyətlidir. Yəni korrupsiya və şəxsi sədaqət əsasında kadrlar qoyulur. Qohumbazlıq ciddi şəkildə Azərbaycan dövlətini daxildən məhv edir. Baxın, bir Elmar Vəliyev hadisəsində məlum oldu ki, bir qardaşı prokurordur, bir qardaşı başqa bir vəzifədədir. Araşdırsan bəlkə yüzə yaxın qohumu da digər dövlət vəzifələrində işləyir. Bu, Azərbaycan dövlətinin tayfa sistemi ilə idarə olduğunu göstərir ki, bu da elmdə, politologiyada aşağı keyfiyyətli idarəetmə deməkdir. Bu idarəetmə dəyişilməlidir, bu zəncir qırılmaldır. İndi məlum olur ki, bu cür rejim yaradanlar birinci özlərinə təhlükə yaradıblar. Çünki icra başçısının qardaşı prokuror olmasaydı, arxasında kimsə durmasaydı, vətəndaşların ilk şikayətlərindən bəlkə də o, vəzifədən götürülərdi. Amma bunun arxasında güclü bir qüvvə durduğuna görə, vəzifədən götürülmür.

Təkcə bundan söhbət getmir. Bu gün Göyçay, Xətai, Nizami icra başçılarından şikayətlər var, yazırlar. Digər icra başçıları haqqında da çox böyük narazılıqlar var. İstər-istəməz sual olunur. Xalqın bu qədər narazı olduğu adamlar hakimiyyətdə necə qala bilirlər? Bunlar haqqında niyə tədbir görmürlər? Buradan məlum olur ki, heç bir icra başçısı tək bir adam deyil, bunlar böyük klanların, mafiyaların üzvüdürlər və biri orada dağıdır, bir qardaşı prokurorluqda onu müdaifə edir, bir qardaşı Daxili İşlər Nazirliyindədir. Yaxud Dövlət Təhlükəsizlik Komitəsində, Nazirlər Kabinetində, Prezident Aparatında bir qohumu oturub və beləlik, o mafiya deyilən sistem yaradılıb. Ona görə də vətəndaşlara nə qədər zülm olunur-olunsun, heç bir məmur haqqında tədbir görülmür, onda da vətəndaş məcbur olub, özbaşınalıq edir, qanuna zidd fəaliyyət göstərir.

Yəni demək istəyirəm ki, bu gün Azərbaycanda yaradılmış mövcud idarəetmə birinici növbədə bunun memarlarının özünün əleyhinə yönəlib. Lap elə klanlarası bir toqquşmadır. Klanların hər ikisi dövlətdə təmsil olunur da. Yenə də dövlət günahkardır. Bu idarəetmənin qüsurudur.

- Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri dəyşdiriləndən sonra diaspor işinin yenidən qurulması ilə bağlı məqalə yazmışdınız. Nəyə görə, diapsor siyasəti Sizin bu qədər diqqətinizi cəlb edib?

- Azərbaycanda təkcə daxildə vətəndaşlarmız üçün təhlükə yoxdur. Həm də xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün çox böyük təhlükələr var. Son vaxtlar Avropada millətçilik çox geniş şəkildə inkişaf edib. Rusiyanın özündə millətçilik günü-gündən inkişaf edir. Amma çox ciddi problem ərazisində müharibə olan Ukraynadadır. Bilirsiniz ki, Rusiyadan sonra ən çox azərabaycanlı Ukraynada yaşayır. Ukraynada təxminən bir milyon nəfərə yaxın azərbaycanlı yaşayır və bu azərbaycanlıların bir hissəsi də müharibə zonasındadır. Mənim aldığım məlumata görə, orada bəzi azərbaycanlıların evi dağılıb, hər şeylərini itiriblər. Amma Ukraynadakı diaspora hakimiyyətlə ciddi münasibətlər qurub, orada bizim azərbaycanlılara dəyən ziyanın ödənilməsi, mənzillə təmin edilməsi, onların təhlükəsizliyini təmin edilməsi istiqamətində heç bir iş görmür, onların qayğısına qalmır. Əksinə, orada gedən müxalif proseslərdə iştirak edirlər, hətta gedib Sakaaşvilini müdafiə edirlər. Əslində, diaspor təşkilatının əsas vəzifələrindən biri diaspor üzvlərinin oradakı sosial-iqtisadi hüquqlarını müdafiə etmək olmalıdır. Əgər siz bir dövlətlə müxalif vəziyyətə keçərsinizsə, necə bunu təmin edə bilərsiniz? Məsələn, siz müxalifsiniz, necə gedib orada evi dağılmış bir azərbaycanlı üçün dövlətdən xahiş edə bilərsiniz ki, ona kompensasiya verilsin? Mənə elə gəlir ki, Ukraynada diasporun fəaliyyəti çox ciddi şəkildə araşdırılmalıdır. Burada rəhbərlik dəyişdirilməlidir, gücləndirilməlidir. Çünki müharibə şəraitində olan bir ölkədə diaspor fəaliyyəti indiki kimi qurula bilməz. Orada azərbaycanlıların böyük əksəriyyətinin həm mülkiyyəti, həm də cansağlığı çox böyük risk altındadır. Amma bizim Diaspor Komitəsi heç orada yaşayan azərbaycanlılarla maraqlanmayıb. Heç bilmir ki, neçə azərbaycanlının evi dağılıb, neçəsi ölüb. Oradakı diaspor təşkilatı isə ancaq hansısa bir siyasi qrupla əlaqə saxlayıb, öz maraqlarını müdafiə edir, ümumi diasporanı düşünmür. Sənin nə ixtiyarın var gedib orada ya iqtidarı, ya da müxalifəti dəstəkləyirsən? Sən diaspora kimi bitərəf olmalısan, həm iqtidarla, həm də müxalifətlə eyni mövqedə olmalısan ki, orada yaşayan azərbaycanlıların sosial- iqtisadi hüquqlarını müdafiə edəsən. Azərbaycan diasporlarının yaşadıqları ölkədə siyasi proseslərə qoşulması, siyasi mövqelərinin olması yolverilməzdir. Çünki bu, həmin ölkədə diasporanın mövcudluğunu təhdid altına alır. Tutaq ki, bu gün sən Sakaaşvilini dəstəkləyirsən, sabah hakimiyyətə Poroşenko gəlir, onda bu sənə qarşı düşmən mövqedə olacaq və beləliklə, sənin düşünülməmiş hərəkətinə görə 1 milyon azərbaycanlının hüquqları təhdid altına düşür. Ona görə də Diaspora Komitəsi birinci növbədə bu barədə diaspora liderlərinə göstəriş verməlidir.

Məsələn, məlum oldu ki, Rusiyada diasopa liderlərinin arvadı ermənidir, qızını erməniyə ərə verib və. s. Bir çoxu da Azərbaycan dövlətinə yox, olduqları ölkənin maraqlarına xidmət edirlər. Bu da diasporaların rəhbələrinin seçilməsinin düzgün olmadığını göstərir.

- Sizcə, diaspor fəaliyyəti necə qurulmalıdır?

- Azərbaycan dövləti diasporlara kifayət qədər maliyyə vəsaiti yönəldir. Mənə elə gəlir ki, Azərbaycanın bu qədər imkanları yoxdur. Biz çalışmalıyıq ki, xaricdəki diasporlarmızın rəhbərliyi məhz xaricdə yaşayan imkanlı admlar olsun ki, onlar öz vəsaitləri hesabına diasporun fəaliyyətini qura bilsinlər. Bilirsiniz ki, Rusiyada çoxlu azərbaycanlı milyarder var. Nə üçün Rusiyada diasporların başında bu milayderlərdən biri durmasın? Azərbaycan dövləti də Azərbaycan xalqının verdiyi vergilərin bir hissəsini ora verməsin. Əksinə, yəhudilər və ermənilər öz dövlətlərini gücləndirmək üçün bütün dünyadan öz ölkələrinə maliyyə göndərirlər. Bizim dövlət əksinə, diaspora pul göndərir. Bu, nə deməkdir? Çünki diasporanın təşkilində yalnışlıq var. Dediyim kimi, diasporanın rəhbərliyi həmin ölkədə yaşayan imkanlı, nüfuzlu iş adamları və hakimiyyətə yaxın adamlar olmalıdır ki, diasporun fəaliyyəti effektli olsun. Yoxsa hansısa bir müxalfəti dəstəkləyən, heç bir imkanı olmayan adam olmamalıdır. “Azərbaycan Diaspor Komitəsi pul ayıracaq, onunla mən ailəmi dolandıracam” psixologiyası, düşüncəsi ilə azərbyacanlıların heç bir diasporu formalaşa bilməz və Azərbaycan dövlətinə heç bir xeyir verə bilməz.

Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...