İcazə istəməkdənsə üzr istəmək yaxşıdı - Natiq Cəfərli

Baxış sayı: 
50
1  
0  
Natiq Cəfərli
 
Mən hüquqşünas deyiləm, amma məntiq, hüquq, fəlsəfə maraq dairəmə daxil olan olan sahələrdir. 
 
Hüquqda Romadan doğan əsas iki prinsip olub: 
1) Qadağan olunmayan hər şey icazəlidir, 
2) İcazə olmayan hər şey qadağandır.
 
Qadağan olunmayan hər şey icazəlidir – bu prinsip daha çox, anqlosaks dünyasına aiddir. Dünyanın inkişaf yolu bu prinsipin daha çox cəlbedici olduğunu göstərir.
 
İcazə olunmayan hər şey qadağandır – bu prinsip isə daha çox kontenental Avropaya xasdır, zamanla, təbii ki, dəyişikliklərə uğrayıb, modernləşib.
 
Birdə sovet-totalitar yanaşması mövcud olub – icazə daha önə çıxıb, qanunlar formallaşıb, icazədən başqa həmin icazəni verənin kimliyi də önə çıxıb. Yəni icazənin dərəcəsi şəxsiləşib.
 
Sovetin tör-töküntüsü olan, sistemi hələ də dəyişməyən keçmiş SSRİ respublikalarında isə vəziyyət lap bərbaddır: Qanunlar tam formal xarakter daşıyır, qanunlar da, icazələr də şəxsə bağlı olur. 
 
Məsələn, qanunlarla seçki hüququ var – reallıqda isə qəsb edilib, qanunlarla azad iqtisadi model olmalıdır – reallıqda isə inhisarçılıq və korrupsiya tüğyan edir, qanunla məhkəmə azad ədalətli olmalıdır – reallıqda isə məhkəmələr sifarişlə, ya rüşvətlə qərarlar verirlər.
 
Biz bu gün sistemi hələ ki, dəyişə bilmiriksə müəyyən mənada öz davranış qaydalarımızı dəyişməyə cəhd etməli, uşaqları, gəncləri başqa ruhda böyütməyə çalışmalıyıq. Yəni, uşaqlara başa salmalıyıq ki, inandığı, doğru saydığı nə etmək istəyirsə etsin – icazə istəməsin, səhv etmiş ola bilər, eybi yox, sonra üzr istəyər. 
 
Qısası, üzr istəmək icazə istəməkdən qat-qat yaxşıdır...
 
Yazı müəllifin feysbuk hesabından götürülüb. 
 
Загрузка...
Загрузка...