“Hətta yüzillik...” - Kim Çen Indan müharibə elanı kimi BƏYANAT

“Koreya Xalq Demokratik Respublikası həttta yüzillik sanksiyalara dözə bilər”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In Dövlət Elmlər Akademiyasının alimləri qarşısında çıxışında deyib.
“Ağır sınaqlar şəraitində Koreya inqilabının qələbəsinin sirlərindən biri də bizim elm və texnikanın inkişafına mühüm diqqət ayırmağımızdır. Sərbəst milli iqtisadiyyat hətta düşmənlərin yüzillik sanksiyaları qəbul edəcəyi halda belə, elmi-texniki kadrlar və işıqlı başların sayəsində çətinliklər yaranmayacaq”, - dövlət başçısı bildirib.
Xəbərə görə, Kim Çen In Dövlət Elmlər Akademiyasının əməkdaşlarına pul mükafatının veriləcəyinə dair sərəncam imzalayacağına söz verib.
Ömər Dağlı

Загрузка...
Загрузка...