“Hərəyə bir bayraq” adlı aksiya keçirildi

Baxış sayı: 
38
1  
0  
Azərbaycan Kooperasiya Universiteti "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə "Hərəyə bir bayraq" adlı aksiya keçirib.
 
Turaninfo.org xəbər verir ki,Universitetdən Modern.az-a verilən məlumata görə, "Hərəyə bir bayraq" adlı aksiya çərçivəsində Tələbə - Gənclər Təşkilatının fəal üzvləri dərsə gələn tələbələrə və müəllimlərə Müstəqil Azərbaycanın üçrəngli bayrağını təqdim edərək Bayraq Günü münasibətilə təbrik ediblər. 
 
Aksiyanın məqsədi gənclər arasında Dövlət Bayrağımıza olan hörmət və məhəbbət hisslərini daha da yüksəltmək, onların vətənpərvərlik duyğularının daha da möhkəmlənməsinə rəvac yaratmaqdır. 
 
Aksiya Universitetin tələbələri və müəllimləri tərəfindən böyük maraqla qarşılanıb.
Загрузка...
Загрузка...