Hərbi hissəyə SİLAHLI HÜCUM: Müdafiə Nazirliyinin əməkdaşları öldü

Baxış sayı: 
145
2  
1  

ABŞ-ın Havay ştatındakı Perl-Harbor limanında silahlı hücum baş verib.
 
Publika.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
 
Ölənlər Müdafiə Nazirliyinin əməkdaşları olub.
 
Təhlükəsizlik Qüvvələri dərhal hərəkətə keçib. Lakin cinayətkar özünü öldürüb.
 
Liman ABŞ Hərbi Hava Qüvvələri və donanma qoşunlarının ortaq istifadəsindədir.
 
Qeyd edək ki, Perl-Harbor 7 dekabr 1941-ci ildə Yaponiya tərəfindən hücuma məruz qalmış, ABŞ-ın II Dünya Müharibəsinə girməsinə səbəb olmuşdu.
 
Hadisənin tarixi hücumun ildönümünə yaxın zamanda baş verməsi diqqət çəkir.
 
Zümrüd

Загрузка...
Загрузка...