Hər kəs 12 yaşı olduğunu düşünür, əslində isə...

Baxış sayı: 
332
2  
0  

Polşada yaşayan Tomas Nadolskinin adlı gəncin yaşını heç kim təxmin edə bilmir.

Turaninfo.org xarici mediaya istinadən xəbər verir ki, “Fabry” adı verilən genetik xəstəlik səbəbindən 25 yaşlı gənc 12 yaşından da balaca uşaq kimi görünür.

T.Nadolski bu görüntüsündən məmnun olmadığını deyir: “25 yaşım var, amma bu yaşdakı kişi kimi görünmürəm. 25 yaşımdakı kimi görünmək istəyirəm. Hər gün aynada gördüyüm uşağa nifrət edirəm, çünki o, mən deyiləm”.

Nadolski problemlərinin 7 yaşında başladığını və hər dəfə yeməkdən sonra qusduğunu bildirib. Daha sonra əlində və ayaqlarında ağrılar başlayıb. Məktəbdə sinif yoldaşlarının görüntüsünə görə onu lağa qoyduğunu deyən Tomas həkimlərin uzun müddət bu əlamətlərin səbəbini müəyyən edə bilmədiyini bildirib.

Ayaqlarındakı deformasiya səbəbindən onun xüsusi ayaqqabılara ehtiyacı var.

O bildirib ki, yaxınları və qohumları onunla uşaq kimi rəftar edirlər: "Evdə olanda otağımda otururam və yalnız qalmağı üstün tuturam. Uzun illərdir ailəmin dəstəyindən uzağam və özümü yalnız hiss edirəm. Bu vəziyyətimə görə tez-tez çətin vəziyyətə düşürəm. Şəxsiyyət vəsiqəmi hər hansı şirkətə və ya polisə təqdim edəndə məni saxta sənəd istifadə etməkdə günahlandırırlar”.

Bu xəstəlik oğlanın böyrəkləri, ürəyi və dərisi də daxil olmaqla bir çox orqanına təsir edir. T.Nadolski üçün yeganə müsbət tərəf xəstəliyin müalicəsi üçün lazım olan dərmanın firma tərəfindən ona pulsuz verilməsidir. Dərmanın illik dəyəri 160 min sterlinqdir.


 

Загрузка...
Загрузка...