“Hər hansı dəyişiklik yoxdur” - Xəzər TV-dən rəsmi açıqlama

Baxış sayı: 
50
1  
0  

"Məqsəd Xəzər TV-nin nüfuzunu zədələməkdir"
 
"Son günlər Xəzər TV MMC barədə mətbuatda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır".
 
Bu barədə Xəzər TV-dən AzNews.az-a verilən açıqlamada deyilir.
 
Açıqlamada daha sonra bildirilir:
 
"Bəzi “informasiya” saytları xüsusi canfəşanlıqla guya Xəzər TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin aparıldığı ilə bağlı “məlumatlar” yayırlar. Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa “mənbədən” aldıqlarını idda edirlər. Amma Xəzər TV-nin mövqeyini heç öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir.
 
Xəzər TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. Xəzər TV əvvvəllər olduğu kimi Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir".
 
AzNews.az

Загрузка...
Загрузка...