Hər gün qulağı masaj etsəniz, nə olar? - İNANILMAZ TƏSİRİ

Baxış sayı: 
108
1  
0  

Stress, narahatlıq, baş ağrısı, yorğunluq və ya artıq çəki... İndiki vaxtda bu problemləri yaşamayan insan demək olar ki, yoxdur.
 
Publika.az xəbər verir ki, bioenergetiklər bu problemləri bədənin müxtəlif nahiyələrindəki nöqtələri masaj etməklə aradan qaldırmağın mümkün olduğuna inanır. Onlar iddia edir ki, qulaq masajı bədən üçün olduqca effektivdir.
 
Qulaq masajının xroniki bel ağrısı olanlarda ağrıları azaltdığını müəyyənləşdirmək üçün test edilib. Nəticələr göstərib ki, bu sadə masaj narahatlığı azaltmaqda təsirlidir.
 
Qulaqlarınızın müxtəlif bölgələrini, xüsusən yumşaq hissəsini ehmalca dartın və ovun. Bu, beyninizin endorfini ifraz etməsinə kömək edir. Bundan əlavə, qan dövranınız aktivləşir. Bəzi tədqiqatlar göstərib ki, bu sadə masaj sayəsində insanlar fiziki ağrılarını daha yaxşı idarə edə bilir və hətta ağrıya dözümləri artır. Stress, çaxnaşma, narahatlıq, yorğunluq hiss edirsinizsə, yavaş dairəvi hərəkətlə qulaqdakı boşluğu masaj edin.
 
Ağrıkəsicilər sağlamlığınıza ciddi təsir göstərir, lakin qulaq masajı zərərsizdir! Daha yaxşı təsir göstərmək üçün nanə çayı və qulaq masajı kimi təbii vasitələri sınayın. Üstəlik, mütəmadi olaraq tətbiq edildikdə masajın daha sürətlə arıqlamağa təsir etdiyi sübut edilib.
 
Qulaq masajı sakitləşdirici təsir göstərir, odur ki, yatmazdan əvvəl özünüzü rahatlaşdıra bilərsiniz. Masaj yuxusuzluğu tamamilə aradan qaldırmağa kömək etməsə də, bədəni sakitləşdirir. Ayıq olmaq üçün səhər qəhvə içməyi unutmaq olar! Bunun əvəzinə qulaqlarınızı bir az daha sürətlə ovuşdurmağa çalışın.
 
Qulaqlarınızın sinir uclarını stimullaşdırmaq beyindəki bəzi mərkəzləri aktivləşdirə bilər, bu da yorğunluğu aradan qaldırmağa kömək edəcək.

Загрузка...
Загрузка...