Hər ay əlillərə 90 milyon ödənilir - Nazir

Baxış sayı: 
179
0  
0  

 
2018-ci ilin əvvəlinə olan məlumatlara əsasən, əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 90,7 mln. manat vəsait ödənilir.
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov “Yeni Azərbaycan Partiyası” qəzetinə müsahibəsində belə deyib.
 
Onun sözlərinə görə, ötən 15 ildə dövlət başçısının tapşırığına uyğun olaraq ölkədə bərpa-müalicə şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi təmin olunub: “Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialı istifadəyə verilib”.
 
Nazir qeyd edib ki, nazirlik sistemində fəaliyyət göstərən əlillərin bərpa mərkəzləri tərəfindən təkcə son bir ildə 39,8 min nəfər şəxsə bərpa xidməti göstərilib: “Eyni zamanda əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Bu il ərzində nazirliyin Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının da əsaslı təmirdən sonra istifadəyə verilməsi nəzərdə tutulur”.
 

Загрузка...
Загрузка...