​Hər 5 qadından 4-ü bunu etməyə çəkinir - SƏBƏB

Baxış sayı: 
73
2  
0  

Aparılan araşdırmanın nəticəsinə əsasən, hər beş qadından dördü kobud və ya nankor görünməkdən qorxduğu üçün maaşını müzakirə edə bilmir.
 
Publika.az Avstraliyanın hüquq firmalarından olan “Slater and Gordon”un min qadın işçisi arasında həyata keçirdiyi araşdırmanın nəticəsini təqdim edir.
 
Nəticəyə görə, qadınların 82 faizi hansısa işə başlayan zaman daha yüksək maaş istəkləri ilə bağlı heç vaxt danışmadıqlarını bildirib. Onların yarısı maaş mövzusunda iş yoldaşları ilə söhbət etdiyini deyib. 27 faizi isə daha aşağı rütbəli kişi iş yoldaşlarının onlardan daha çox maaş aldıqlarını qeyd edib.
 
Qadınlar maaş istəməklə bağlı yaşadıqları problemi “əmək haqqının artdığı təqdirdə analıq məzuniyyəti və başqa haqlarının əllərindən alınmasından qorxmaları” ilə əlaqələndiriblər.
 
Qeyd edək ki, bir çox araşdırma nəticəsində məlum olub ki, gördükləri işlərin qarşılığında daha çox pul tələb edən qadınların 70 faizi istəklərinə demək olar ki, çatıb.
 
Tağı Həsənov

Загрузка...
Загрузка...