“Hörmüz boğazını bağlamağa İranın gücü yetməz” - QABİL HÜSEYNLİ

Baxış sayı: 
42
1  
0  

“Amerikanın bir təyyarə daşıyan gəmisi gəlib Hörmüz boğazında dayansa, İran ona neyniyəcək?”

BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında iştirak edən İran prezidenti Həsən Ruhani Amerikanın NBC telekanalına müsahibəsində deyib ki, ABŞ-ın onun ölkəsinə qarşı sanksiya siyasətini davam etdirəcəyi təqdirdə Tehranın Hörmüz boğazını bağlaması istisna deyil.

“Əgər Birləşmiş Ştatlar sanksiyaların köməkliyi ilə İranın neft sənayesini məhdudlaşdırmaq üçün güc tətbiq etmək istəyərsə, o zaman bu, heç şübhəsiz müvafiq reaksiyaya səbəb olacaq”, - deyə o, bildirib.

“Bizim öz su sahəmizin təhlükəsizliyini və azadlığını təmin etmək üçün lazımi gücümüz var”, - deyə Ruhani əlavə edib.

İran prezidentinə “bunu Donald Tramp üçün xəbərdarlıq kimi hesab etmək olarmı” deyə sual edilib: “Bu xəbərdarlıq deyil, reallıqdır. Əgər Fars körfəzində gəmilər üçün hərəkət açıq və təhlükəsiz qalacaqsa, bu, hamı üçün belə olmalıdır”, - deyə Ruhani bildirib.

ABŞ dövlət katibi Maykl Pompeo isə “Nüvə İranına qarşı cəmiyyət” Qeyri-Hökumət Təşkilatının konfransında çıxışı zamanı deyib ki, “Birləşmiş Ştatlar İrana Hörmüz boğazını bağlamaq imkanı verməyəcək və hesab edir ki, Tehran bu su sahəsinə eksklüziv hüquqa iddia edə bilməz”.

M. Pompeonun bu bəyanatı şübhəsiz ki, İran prezidenti Həsən Ruhaninin Hörmüz boğazı ilə bağlı bəyanatına bir cavabdır.

“Bu gün İran gəmiləri beynəlxalq sularda beynəlxalq hüquq normalarını pozan əsaslarla digər ölkələrin gəmilərini sıxışdırırlar. Əgər İran rejimi hesab edirsə ki, Hörmüz boğazı büsbütün onlara məxsusdur, o zaman onlar son riallarını ABŞ-ın heç zaman buna yol verməyəcəyinə qoya bilərlər”,- deyə Pompeo vurğulayıb.

Əslində, Pomopenun bu bəyanatı İran hökumətinə ciddi bir xəbərdarlıqdır ki, Hörmüz boğazını bağlayacağınız təqdirdə son qəpyinizi belə xərcləməli olacaqsınz. Yəni ki, Amerika İran iqtisadiyyatını məhv edəcək. Bu isə İran üçün fəlakət ssenarisi deməkdir. O baxımdan, İranın Hörmüz boğazını bağlayacağı da mümkünsüz görünür.

“Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün beynlxlaq konvesiyalar vasitəsilə tənzimlənir”

Картинки по запросу QABİL HÜSEYNLİ

İran prezidenti Həsən Ruhaninin Tehranın Hörmüz boğazını bağlaya biləcəyini istisna etməməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüdeynlu “Hürriyyət”ə dedi ki, Hörmüz boğazı İranın “ata malı” deyil: “Hörmüz boğazı beynəlxalq sular olan yerdə boğulur. Oradan dünyanın bütün ölkələri azad surətdə keçə bilər. O boğaza farslar və yaxud iranlılar fars körfəzi deyirlər. Ərəblər isə ərəb körfəzi deyirlər. Dünya da onu gah ərəb, gah da fars körfəzi adlandırır. Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün beynlxlaq konvensiyalar vasitəsilə tənzimlənir. Yəni İranın qanunları ilə yox. Ruhanidir də danışır. Ruhani gedib Trampla danışmaq əvəzinə, gedib televiyalarda danışır. Kompramis axtarmaq, vəziyyəti yumşaltmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Mənim zənnimcə, Hörmüz boğazını bağlamağa İranın gücü yetməz”.

“İranın iddiları əsasssız, siyasi iddialardır”

“Əgər Hörmüz boğazı beynəlxlaq konvesiyalarla tənzimlənirsə, Ruhani niyə “bizim öz su sahəmizin təhlükəsizliyini və azadlığını təmin etmək üçün lazımi gücümüz var”,-deyir” sualına Q. Hüseynli belə cavab verdi: “Fars körfəzi tək İranın sahil suları deyil, orada daha çox sahil suları olan Birləşmiş Ərəb Əmirliyidir, Yəməndir, Qətərdir. Yəni bir neçə ərəb dövlətinin də sahil suları var. Ona görə də o boğaz beynəlxlaq konvesiyalarla tənzimlənməlidir. İranın iddiları əsassız, siyasi iddialardır. Hüquqa söykənmir. Bu nöqteyi-nəzərdən onu heç kim nəzərə almır”.

“İran kompramislərə meylli olmalıdır”

“Pompeonun açıqlamasında hüquqi elementlər çox deyil. Amma bəzən hüquq gücün tərəfindədir. Amerikanın bir təyyarə daşıyan gəmisi gəlib Hörmüz boğazında dayansa, İran ona neyniyəcək? İran 5-3 qayıq, kreyter göndərəcək. O da hamısını vurub batıracaq. Ona görə, mənə elə gəlir ki, bu sahədə danışıqlar əsas yer tutmalıdır. İran kompramislərə meylli olmalıdır və nüvə silahın hazırlanmasını dayandırmalıdır”,-deyə politoloq vurğuladı.

Загрузка...
Загрузка...