Honkonqdakı "demokratlar" Barselonada "seperatçılar"a necə çevrildi? - Qərbdən ÖZÜNÜİFŞA

Baxış sayı: 
31
2  
0  

Qərb siyasi elitası və KİV Honkonqdakı etirazlara dəstək ifadə edirdi, amma eyni hadisələr İspaniyanın Kataloniya bölgəsində baş verəndə, “seperatçılar”ın xaos yaratdığı barədə xəbərlər meydana çıxmağa başladı.
 
Publika.az xəbər verir ki, bu haqda “Global Times” yazıb.
 
Nəşrin yazdığına görə, Çin analitiklərinin də hesab etdiyi kimi, Qərb ikili standartlarla öz vəziyyətini ağırlaşdırdı.
 
“Kataloniyanın müstəqilliyini dəstəkləyən etiraz aksiyasının iştirakçıları Barselonada Honkonqdakı fəallarla oxşar taktikadan istifadə edirlər: şəhər küçələrində müxtəlif obyektləri yandırırlar, aeroportun işini iflic etməyə çalışırlar, üzlərinə maskalar taxırlar ki, polis onların şəxsiyyətlərini müəyyən edə bilməsinlər. Çin ekspertlərinin fikrincə, bunda qismən Honkonqdakı etirazları dəstəkləyən Qərb siyasi elitasının nümayəndələri günahkardır”, - “Global Times”in siyasi müşahidəçisi Yan Şen qeyd edib.
 
Yan Şen Rusiyanın “Russian Today” telekanalının saytında dərc edilmiş Böyük Britaniya parlamentinin keçmiş üzvü Corc Qelloueyanın məqaləsindən sitat gətirib: “Demokratik səsvermənin təşkilinə görə ittiham edilmiş katalon liderlərinin tərəfdarları Barselona aeroportuna hücum edəndə, KİV xaos yayan “seperatçılar” haqqında yazır. Amma həmin hadisələr Honkonqda baş verəndə, bu, “demokratiya tərəfdarlarının etirazları” olur”.
 
Çin Universitetinin elmi işçisi Sun Luçjenin sözlərinə görə, Honkonqdakı etirazlara sərgilədiyi münasibətdən sonra Qərb hökumətləri üçün Barselonadakı etirazları tənqid etmək olduqca çətin olacaq.
 
Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.
 
Bundan sonra Kataloniyada hökumət əleyhinə kütləvi etirazlar başlanıb. İspaniya Daxili İşlər Nazirliyi vəziyyətə nəzarəti təmin etmək üçün regiona əlavə qüvvələr yeridib.

Загрузка...
Загрузка...