​Hollivud” filmində, türk seriallarında çəkilən, Polad Ələmdarı əvəz edən azərbaycanlı… – FOTOLAR

Baxış sayı: 
181
0  
0  

Babək Həsənzadə: “Bütün səhnələrdə təhlükə ilə burun-buruna oluruq”
Son illər yeni yerli ekran işləri ərsəyə gətirilsə də, filmlərimiz dünya arenasına yol tapa bilmir. Lakin barmaqla sayılası azərbaycanlı aktyorlar Türkiyə seriallarında və ya filmlərində rol alıb.
Minval.info azərbaycanlı kimi ilkə imza atan aktyor, idmançı Babək Həsənzadə barədə söhbət açacaq. O, 22 fevral 1990-cı ildə Lənkəran şəhərində anadan olub. Şəhərin adını daşıyan xarici dillər gimnaziyasında təhsil alıb. Aktyor daha sonra təhsilini “Lənkəran Özəl Türk Liseyi”ində davam etdirib.
Babək ardınca İstanbulda «Fatih Universiteti»nin siyasi-iqtisadi idarəetmə fakultəsinə qəbul olub. Həsənzadə burada ingilis dilində təhsil alıb.
Uşaqlıqdan idmanın müxtəlif növləri, eləcə də kikboksla məşğul olub. Özünümüdafiə idman növləri üzrə professionallıq dərəcəsi əldə edib. Bununla yanaşı, 2008-ci ildə MMA qaydasız döyüş üzrə Azerbaycan birincisi olub.
Həmin ildən başlayaraq 20-dən artıq Türkiyədə, eləcə də xarici ölkələrdə bir çox film və seriallarda həm kaskadyor, həm də aktyor kimi çıxış edir.
Babək Həsənzadə Hollivudun istehsalı olan “Girov 2” adlı ekran işində rol alaraq ilkə imza atan azərbaycalı aktyor kimi tarixə düşüb.
O, özü haqda danışarkən bildirib ki, bu sahədə fəaliyyətinə təsadüf nəticəsinda başlayıb. Onu idman zalında məşq edərkən izləyiblər və Türkiyənin “Adanalı” serialında çəkilməyi təklif ediblər. Mürəkkəb səhnədə yer alan kaskadyor özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Bundan sonra Babəkə gecəylə “Kurtlar Vadisi” serialından təklif gəlib.
O, Polad Ələmdar obrazının riskli kadrlarının ifaçısı olur və məşhurlaşır.
“Ekran işində “maskeli adam” rolunu mən oynamışam. 175-ci seriyadan 186-ya kimi Polat obrazının gözlərinin göründüyü üzündən maskanı çıxardığı yerə qədər olab bütün səhnələrdəki rolu mən icra etmişəm. Maskanın altındaydım, heç kim üzümü görə bilmirdi. Elə ilk seriyadan hər kəsin diqqətini cəlb etmişdik. Təsadüfi deyil ki, “maskeli adam kim?” google-da tıklanma rekordu vurmuşdu. Necati Şaşmazın özü həftələrlə çəkilişdə olmurdu” – Babək Həsənzadə çəkilişlər haqqında danışarkən deyib.
O, Türkiyənin ən peşəkar hesab olunan İstanbul dublyor qrupunun üzvüdür. Bu səbəbdən xarici film çəkilişlərinə görə ölkəyə gələn əcnəbilər ilk onlara müraciət edirlər.
Müsahiblərinin birində qeyd edib ki, bütün səhnələrdə təhlükə ilə burun-buruna olur. O, müəyyən müddətdən sonra işin xırda detallarını öyrəndikcə, özünü daha da professional dərəcədə qoruya bildiyini söyləyib. Babək Almaniyadan da təfliklər aldığını bildirib.
Həsənzadə Azərbaycan filmlərində də çəkilmək arzusu olduğunu dilə gətirib.

Загрузка...
Загрузка...