Hökumət pul dilənir, deputat Londonda villa alır

Baxış sayı: 
237
3  
0  

Londonda villa alan dərman mafiyasının şefi Ülvi Quliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 manat da verməyib

Azərbaycanı çətin günlər gözləyir. Daha doğrusu, dünyanın indiki virusla əhatə olunduğu vəziyyətdə hazırlıqsız ölkələrin hamısı üçün ağır olacaq. Bunu dərk edən Azərbaycan hökuməti Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb. Bu fonda İlham Əliyev kimi bir illik maaşını köçürən də var, sonuncu 10 qəpiyini verən də. Amma elələri də var ki, xaricdə milyonluq villası var, lakin fonda 1 manat da pul verməyib. Onlardan biri – deputat Ülvi Quliyev haqqında araşdırmaçı jurnalist Cavanşir Həsənli bunları yazır: 

Ülvi Quliyev ölkənin ən iri dərman şirkətlərindən birinin və apteklər şəbəkəsindən sahibidir. Bunu bilməyən yoxdur. Amma onun apteklərində bu gün spirt, maska varmı, qiyməti nədir, bilmirəm. Məlum olanı odur ki, apteklərində həm də koronavurusa qarşı vasitələr satdıran deputatın Koronavirusla Mübarizə Fonduna yardım edənlər arasında adı yoxdur.
 

Amma bundan cəmi bir ay əvvəl – hələ Avropaya koronavurus yenicə yayılmağa başlayanda və Ümumdünya Səhiyyə Təşkilatı bu qorxunc bəla haqqında ilk xəbərdarlıqlarını edəndə cənab Quliyev Londonda dəyəri 700 min funt olan 4-cü ev üçün sövdələşmişdi.
Deputat bu il martın 2-də oğlunun Londondakı UGANO LİMİTED şirkəti vasitəsilə İngiltərənin Hampshire Trust Bankı üzərindən 124 SQUİRES LANE ünvanındakı daşınmaz əmlaka ödəniş edib. Britaniya paytaxtının bu səmtindəki evlərin dəyəri 500 mindən 1 milyon funta qədər dəyişir.

Bundan əvvəl isə 2019-cu ilin fevralında deputatın oğlu Orxan Quluzadə Londonun SELLİNCOURT ROAD 149 və 151 ünvanlarındakı iki ev üçün sövdələşib. Sövdələşmə Britaniyanın Lendinvest Security Trustees Limited şirkəti vasitəsilə edilib. Əmlak şirkətləri həmin mənzillərin birini 750 min, digərini isə 500 min funt dəyərində qiymətləndirirlər.
 

Hampshire Trust Bankı üzərindən ötən ilin iyununda həyata keçirilən daha bir sövdələşmə isə BARNET, 20 MAYS LANE-dəki daşınmaz əmlaka – 4 otaqlı mənzilə aid olub. Yerli əmlak agentləri tərəfindən mənzil 712-787 min funt aralığında dəyərləndirilir.

İndi özünüz dəyərləndirmə aparın. Azərbaycan vətəndaşı xəstəlikdən ölməmək üçün evinə qapadılır. Evində isə acından ölür. Çöldə ölüm, evdə ölüm. Bu ölümdən pul qazanan deputat isə Londonda 4-cü mənzilini alır. Görəsən, bir illik maaşını fonda bağışlayan ölkə rəhbərinin bundan xəbəri yoxdumu? 

 
Загрузка...
Загрузка...