"Hökumət koronavirusun təsirlərini azaltmaq məqsədilə sosial paketi daha da gücləndirməlidir" - OSMAN GÜNDÜZ

Baxış sayı: 
110
2  
0  

"Məşğulluqla, işsizlik və işaxtaran kimi hədsiz mürəkkəbləşdirilmiş statuslara yenidən baxılmalı, qanunvericilik yenilənməlidir"

"190 manat sosial yardımın ayrılması prinsipləri və onun əldə olunması mexanizmi bəlkə də xüsusi karantin rejimi müddətində hökumətin ən çox tənqid olunan addımı oldu. Hökumət rəsmiləri 190 manatın koronavirus pandemiyası təsirlərini azalda biləcəyi ilə bağlı sualları qarşısında çox zəif görsənirlər. Turaninfo.org xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

O bildirib ki, bu, hökumət rəsmilərinin mövzu ərtafında efirdəki açıqlamalarından açıq aşkar hiss olunur: "190 manatın əsaslandırılması və kimlərə şamil olunması ilə bağlı əsaslı arqumentlər yoxdur. Sosial yardımın əldə olunması ilə bağlı e-social.az resursuna müraciətlərin kütləvi uğursuzluğu, mürəkkəb qeydiyyat mexanizmi, resursun ümumiyyətlə işləməməsi isə əlavə problemlər yaratdı. Nazirliyə ayrılan resurslar qarşılığında son dövrlərin məhsulu olan e-social.az resursunun çökməsi heç bir halda xoşagələn vəziyyət deyil. Bununla belə, qısa zaman kəsiyində digər dövlət qurumlarının, o cümlədən ASAN-ın yaxından dəstəyi ilə resursun, onun mobil versiyasının fəaliyyətinin bərpası, daha effektiv qeydiyyat-müraciət mexanizmin yaradılması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Ümumiyyətlə, bu məsələyədək koronavirus pandemiyası ilə əlaqəli hökumət tərəfindən, bəzi çatışmazlıqlar olsa da, ümumən sistemli formada, addım-addım, hətta başqa bir sıra ölkələrdən daha üstün tədbirlər həyata keçirilirdi".

Osman Gündüz hesab edir ki, hökumət indiki anda prezidentin tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının təsirlərini azaltmaq məqsədilə sosial paketi daha da gücləndirməlidir: "Məşğulluqla, işsizlik və işaxtaran kimi hədsiz mürəkkəbləşdirilmiş statuslara yenidən baxılmalıdır, qanunvericilik yenilənməlidir.
Əlbəttə, hökumət üçün indiki zamanda vəsaitlər ayırmaq çətindir. Bununla belə, fövqəladə vəziyyətin bir addımlığında olan, statusundan asılı olmayaraq sosial dəstəyə ehtiyacı olan vətəndaşlar üçün dövlət sosial öhdəliyindən irəli gələn vəzifələri icra etməlidir. Yeri gəlmişkən, tibb deyir ki, koronavirusdan qorunmaq üçün immunitet güclu olmalıdır. İmmunitetin güclü olması üçün sosial dəstəyə ehtiyacı olan təbəqə bu arada daha yaxşı qidalanmalıdır. Bu baxımdan, hökumətin sosial dəstəyi daha da gücləndirməsi və tətbiq dairəsini genişləndirməsi məntiqli olardı".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

 
 
Загрузка...
Загрузка...