HÖKUMƏT KÖHNƏ MODELƏ QAYIDIR… - “Səmərəsiz inşaat milyardlara başa gələcək”

Baxış sayı: 
45
1  
0  

Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş 2019-cu il üçün Azərbaycan büdcəsi layihəsi bir çox mülahizələrə yol açıb. Bu, aydın məsələdir. Demək olar ki, hər bir büdcə kateqoriyasında, o cümlədən ölkə üçün çox əhəmiyyətli olan müdafiə, elm, tibb və təhsil sahəsində xərclərin məbləği artırılıb.

Onlarla paralel olaraq gələn il sənaye xərcləri də, inşaat xərcləri də artacaq. Bütünlükdə bu xərclər 6844,7 mln. manat təşkil edəcək. Bu il bu sahənin xərcləri daha az olub və 5104,4 milyon təşkil edib. Müqayisə üçün, ölkənin müdafiə xərcləri 3037,6 mln. manat səviyyəsində nəzərdə tutulub. Bu, bir şeyi göstərir – gələn il sənayeni inkişaf etdirmək və paytaxtda və regionlarda onsuz da geniş miqyasda olan tikintini artırmaq nəzərdə tutulur. Və Azərbaycanda sənayenin inkişafı çoxdan yalnız neftə və bütün onunla bağlı sahələrə yönəldilibsə (hər yerdə dövlətin nəzarətinin olması və özəl kapitalın olmaması ilə əlaqədar digər istehsal sahələri inkişaf etmir), eninə-uzununa genişlənən inşaat haqqında xüsusi olaraq danışmaq lazımdır.

Bakı çoxdan və açıq-aşkar böyük bir inşaat meydanına çevrilib. Hər yerdə ekskavatorlar və çoxtonluq beton maşınları vurnuxur, özüllər qazır və beton tökür. Paytaxt inşaat tozuna və qumuna bürünüb, onlar “küləklər şəhərində” əsl dəhşətə çevrilir və şəhər sakinləri üçün çox sayda xəstəlik daşıyır. Bakıda tikinti və şəkildəyişmə nizamsız şəkildə aparılır. Paytaxta yuxarıdan baxdıqda o, yumşaq desək, çirkin görünür, yeni binalar oxlu kirpinin kürəyində parça-parça yerləşən oxlarını xatırladır, köhnə tikililər isə keçəl ləkələri xatırladır. Hamı harada istəyirsə, orada tikir, gözəl və bahalı yerləri qapmağa çalışır. Bu, başa düşüləndir – Bakının Baş Planı indiyədək təsdiq edilməyib.

Bu il iyunun 27-də prezident İlham Əliyev Bakının Baş Planının işlənib hazırlanması üzrə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakının Baş Planının hazırlanmasının təşkili üçün nüfuzlu beynəlxalq konsaltinq şirkətinin cəlb edilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin Ehtiyat Fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dörd milyon manat ayrılıb. Yarım il keçib, Baş Plandan xəbər-ətər yoxdur, bu arada Bakıda elementar tikinti normalarına riayət olunmadan tikinti aparılması isə davam edir. Nə dəfələrlə bu temp davam edərsə, Bakının torpaq altında qala biləcəyi haqqında ekspertlərin sözləri, nə sıxlaşan sürüşmə və torpaq uçqunları ciddiyə alınmır.

Doğrudur, sentyabrda prezident şəhərsalma fəaliyyətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, yerli icra hakimiyyəti orqanları yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduğu halda tikintiyə icazə verir. Sərəncamın nə dərəcədə yerinə yetiriləcəyini zaman göstərəcək, amma, gəlin büdcəyə qayıdaq. Tikinti sahəsinə ayrılan məbləğ, yumşaq desək, anlaşılmazlıq doğurur.

natiq_3478576714855055471485771738İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan büdcəsi hər il əsasən neftlə bağlı əməliyyatlardan alınmış vəsaitlə doldurulur:“Məmurların 5-6 il əvvəl neft qiymətləri yüksək olarkən neft kapitalının insan kapitalı ilə əvəz edilməsi və vəsaitin gələcək nəsillər üçün Neft Fondunda saxlanması zərurəti barədə bəyanatları söz olaraq qaldı. Daha sonra xərclər Fondun illik gəlirini üstlədi. Yəni xərclər gəlirlərdən artıq olmağa başladı. Gələn ilin büdcəsində də eyni xətt görünür. Neft Fondunun gəlirinin əsas hissəsi yenə xərclənəcək. Büdcə vəsaitinin 50%-i Fonddan alınacaq, 15%-i də bilavasitə neftdən alınır, belə ki, bu, neft şirkətlərinin vergiləridir, büdcə vəsaitinin cəmi 35%-i qeyri-neft sektorundan alınacaq, amma dolayı yolla yenə neftlə bağlıdır. Məsələn, əksər hallarda tikinti-təmir işlərinin başlanğıc sərmayəsi neft pullarından götürülüb. Problem ondadır ki, ölkə iqtisadiyyatının neft vəsaitlərindən asılılığı çox yüksəkdir və getdikcə artır”.

İqtisadçı qeyd edib ki, gələn il yenə tikinti və evlərin və digər obyektlərin yenidən qurulması üçün böyük vəsait nəzərdə tutulub: “Bunun pis olduğunu deməyəcəyəm, amma səmərəsizdir. 2015-2016-cı illərdə neft qiymətlərinin kəskin düşməsindən sonra ölkə iqtisadiyyatında ciddi eniş başladı: ÜDM düşdü, iqtisadi fəallıq azaldı. Bundan sonra qeyri-neft sektorunun fəallaşdırılması barədə ilk bəyanatlar səsləndi. Hakimiyyət bununla iqtisadiyyatı canlandırmağa çalışdı. 2017-ci ildən neft qiymətləri artmağa başladı və hakimiyyət köhnə modelə qayıtmaq – neft gəlirləri və tikinti-təmir modeli vasitəsilə iqtisadi fəallığı canlandırmaq qərarına gəldi. Elə həmin ildən tikinti-təmir işlərinə xərclər artırılıb, 2018-ci ildə xərclər təxminən 5 mlrd. manat təşkil edib, gələn il isə bu rəqəm 7 mlrd.-a çatacaq. Beləliklə, hakimiyyət iqtisadiyyatı canlandırmağa çalışır. Belə ki, tikinti sahəsi tikinti materiallarının istehsalı və daşınması, logistika ilə əlaqəlidir.

Dünya təcrübəsi göstərir ki, tikinti sektoru az maaşla olsa da, ən çox iş yeri yaradan sahədir. Buna görə hakimiyyət bu yolla sosial gərginliyi azaltmağa, yeni iş yerləri açmağa və yeni iqtisadi inkişaf dalğası yaratmağa çalışır. Təəssüf ki, beləliklə biz 2003-2008-ci və 2009-2014-cü illərin köhnə modelinə qayıdırıq. Həmin vaxt ÜDM-in və büdcə xərclərinin artımının sürətlənməsi məhz təmir-tikinti və investisiya layihələri ilə bağlı idi. Yeganə dəyişiklik ondan ibarətdir ki, əvvəllər hakimiyyət meqa layihələrə daha çox vəsait ayırırdı, indi isə vəsait kiçik, amma çoxsaylı layihələrə ayrılır”.

Cəfərlinin fikrincə, bütün bu səylərin effekti sıfıra bərabər olacaq: “Bu, əlavə fayda verməyən müvəqqəti təzahürdür. İqtisadiyyatın əsas öhdəliyi əlavə fayda yaratmaqdır, onun sayəsində vətəndaşların rifahı, habelə ölkənin istehsal və ixrac potensialı artır. Amma, təəssüf ki, təmir-tikinti işləri və investisiya layihələri yalnız müvəqqəti iş yerləri yaradır. Onlar yalnız yerinə yetirildiyi zaman iqtisadi fayda gətirir, amma sonradan iqtisadi mənada onların heç bir faydası olmur. Gələcəkdə yenə büdcənin formalaşdırılmasında problem yaranarsa, yenidən iqtisadi fəallığın azalmasının şahidi olacağıq. Neft qiymətlərinin növbəti dəfə düşməsi Azərbaycana növbəti iqtisadi böhranlar gətirəcək”(Turan İA).

azpolitika.info
Загрузка...
Загрузка...