Həmyerlimiz Almaniyada özünü yandırdı - Şok təfərrüat

Baxış sayı: 
58
1  
0  

 
Almaniyanın Hermefkeil şəhərində daha bir həmvətənimiz özünə qəsd edib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb.
 
Onun sözlərinə görə, həmyerlimiz vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial idarəyə gedib və orada baş verən mübahisədən sonra üzərinə benzin tökərək özünü yandırıb.
 
Əlövsət Əliyev ağır yanıq xəsarətlərindən koma vəziyyətinə düşən həmyerlimizin hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparıldığını qeyd edib: "İlkin məlumata görə, onun adı Emindir, 34 yaşı var və Sumqayıtda anadan olub".
 

Загрузка...
Загрузка...