Həmsədrlərdən Xankəndində Azərbaycana qarşı ŞOK ADDIM – FOTOFAKT

Baxış sayı: 
184
0  
0  

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
 
Turaninfo.org news.am-a istinadən xəbər verir ki, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kaspşik Xankəndində qondarma DQR rejiminin “prezidenti” Bako Saakyanla görüşüb.
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması müzakirə edilib.
 
Qeyd edək ki, görüşün keçirildiyi salonda qondarma rejimin “bayrağının” asılması xüsusi diqqət çəkib. Həmsədrlərin separatçıların bayrağının salonda qoyulmasına heç bir etiraz etməməsi Minsk qrupunun missiyasına zidd addımdır.
 
Asif

Загрузка...
Загрузка...