​Həmin deputatın köməkçisi erməni əsillidir - Tural Gəncəliyev

Baxış sayı: 
117
2  
0  

 
Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev Dağlıq Qarabağda keçirilən saxta seçkiləri təbrik edən Kanada parlamentinin deputatı Harderə etiraz məktubu göndərib.
 
Teleqraf.com xəbər verir ki, bunu T. Gəncəliyev Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib.
 
O, qeyd edib ki, araşdırma nəticəsində məlum oldu ki, həmin deputatın köməkçisi erməni əsilli Kanada vətəndaşıdır. Görünən odur ki, köməkçisi ona saxta məlumatlar verib”.
 
Tural Gəncəliyev hesab edib ki, Harder Kanadanın Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi ilə tanış olmalıdır:
 
“Çünki Kanada birmənalı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət bunu nəzərə alsın".
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...