“Həkimin xəstəyə müştəri gözü ilə baxması yolverilməzdir” - Aydın Qeybulla

Baxış sayı: 
42
1  
0  

Televiziyalarda müxtəlif tibbi və eləcə də həkim reklamlarının yer alması adı hala çevrilib. Bəs bu reklamlar mövcud reallıqla üst-üstə düşürmü? Ümumiyyətlə, həkimlərin, ayrı-ayrı tibb ocaqlarının reklamını aparmaq nə dərəcədə doğrudur?

Moderator.az-a açıqlama verən professor Adil Qeybulla bu cür reklamların yolverilməz olduğunuq eyd etdi:

“Tibbi reklam və həkim reklamların çoxu korporativ maraqlara xidmət edir. Hansı ki, televiziyalar bu cür tibbi reklamları, həkim reklamlarını çox həyata keçirir. Bu isə yolverilməzdir. Ümumiyyətlə, xəstəyə müştəri kimi baxmaq olmaz. Belə bir yanaşma doğru deyil.

Hesab edirəm ki, mövcud vəziyyəti dəyişmək üçün icbari sığortanın tətbiq edilməsi vacibdir. Peşəkarlıq məsələsi də icbari tibbi sığorta müstəvisində formalaşmalıdır. Çünki icbari tibbi sığorta sistemində hər bir həkimin peşəkar olması şərtdir. Ona görə də, düşünürəm ki, icbari tibbi sığortanın tətbiqi peşəkarlıq məsələsinə də müsbət mənada təsir göstərəcək”.

 
Загрузка...
Загрузка...