​“Həkim səhvindən söhbət gedə bilməz” – Müğənni Elnarənin ittihamına “Baku Medical Plaza”dan REAKSİYA

Baxış sayı: 
73
2  
0  

 
“Son günlər bəzi kütləvi informasiya vasitələrində Lətafət Şirəliyevanın ağır xəsəliyi mövzusunda “Baku Medical Plaza” klinikasının işgüzar nüfuzuna xələl yetirən, həqiqətə uyğun olmayan yazılar yazılmaqdadır. Lətafət L. Şirəliyevanın həyat yoldaşının söylədikləri təhrif olunaraq saytlarda yazılıb. Klinika özəl tibb müəssisəsi olsa da, xəstəyə göstərilən tibbi xidmətlər üçün təcili pul tələb edilməmiş və müalicəsi klinika hesabına aparılır. Xəstə yaxınlarının klinikadan istər maddi baxımdan, istərsə də xidmətlə əlaqədar şikayəti yoxdur. Xəstəni əməliyyat edən və reanimasiya şəraitində müalicəsinə nəzarət edən həkimlər öz işlərində mütəxəssisdirlər və yaşanmış hadisədə hər hansı bir həkim səhvindən söhbət gedə bilməz. İstənilən araşdırılmanın aparılması üçün klinikamız şərait yaratmağa hazırdır”.
 
Bu barədə Medianews.az-a “Baku Medical Plaza” klinikasının mətbuat xidmətindən məlumat verilib.
“17 illik evlilik müddətində övladı olmayan Lətafət Şirəliyeva məhz klinikada aparılmış müalicə nəticəsində hamilə qalmış, mart ayının 12-də qeysəriyyə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra L. Şərifova və körpəsi kafi vəziyyətdə evə yazılmışdır. Təxminən 10 gün sora L. Şirəliyeva həkiminə zəng edərək qarın nahiyyəsində ağrılarının olduğunu dedikdə həkim onun klinikaya gəlməsini deyib. Xəstənin sözlərinə görə, bu ağrıların qeysəriyyə sonrası normal hal olduğunu düşünərək ağrıkəsici dərmanlardan istifadə edib. Xəstə klinikaya müraciət etdikdə ona ağrının səbəbini dəqiq müəyyən etmək üçün MRT müayinəsindən keçməsi məsləhət görülüb. Qeyd edək ki, klinikamızda MRT müayinəsi öncədən yazılmaq və ya canlı növbə qaydası ilə həyata keçirilir. Hər müayinənin müddəti təxminən 40-50 dəqiqə olduğundan müayinəyə girmək üçün növbə gözləmək zərurəti yaranır. Lakin xəstə növbə gözləmək istəmədiyi üçün müayinədən imtina edərək klinikadan gedib. 3 gün sonra yenidən həkiminə zəng edərək temperaturun olduğunu dedikdə həkim onun dərhal müayinə olunmalı olduğunu bildirib. L. Şirəliyeva aprelin 3-də klinikaya gəldikdə KT müayinəsi nəticəsində appendisitinin partladığı, infeksiyanın orqanlarına yayıldığı və sepsis olduğu aşkarlanıb. Dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Təcili cərrahiyyə əməliyyatı olunaraq abseslər təmizlənib, drenaj qoyulub. İnfeksiya nəticəsində bağırsaqlarında çürümə prosesi getdiyi üçün aprelin 8-də ikinci dəfə əməliyyat olunaraq bağırsaq möhtəviyyatın xaric edilməsi təmin edilib və stoma çıxarılmışdır. Pertanit, Septik şok, Kəskin tənəffüs çatışmazlığı, Ağciyərlərin kəskin respirator distress sindromu diaqnozları ilə ranimasiyaya yerləşdirən L. Şirəliyevanın vəziyyəti kritik olsa da, keçirdiyi cərrahiyyə əməliyyatından sonra orqanlarının vəziyyəti bərpa edilmişdir. Lakin xəstənin immun sistemi zəiflədiyindən hal-hazırda immun sisteminin qaldırılması və qan dəyərlərinin normallaşdırılması istiqamətində tibbi protokollara uyğun müalicə davam edir, xəstəyə immunoqlobin tətbiqinə başlanmışdır. Xəstənin vəziyyətini dəyərləndirmək üçün klinikamızın və ölkənin bu sahə üzrə digər mütəxəssis həkimləri ilə konsiliumlar keçirilir. Xəstə hazırda reanimasiyadadır. Septik şok davam edir. Vəziyyəti son dərəcə kritik ağır olsa da klinikanın bütün tibb personalı L. Şirəliyevanın səhhətinin yaxşılaşması üçün əllərindən gələni etməkdədirlər”.
 
Qeyd edək ki, müğənni Elnarə Xəlilova “Baku Medical Plaza”da səhv diaqnozla müalicə edilən və vəziyyəti pisləşən 40 yaşlı müəllim haqda fikirlərini bildirib. Elnarə xəstəxanalarda insanların səhv müalicə edilməsini tənqid edib:
 
“Mənim bir rəfiqəmi də az qalmışdı bu klinikada öldürsünlər. O da ana olmağa gəlmişdi. Qanı 1 müsbət olana mənfi 4 qan qrupu çıxarmışdılar, Allahsızlar. Təsəvvür belə etmək istəmirəm, əgər ona orada qan vurulsaydı, nələr ola bilərdi.
 
Yazıqlar olsun! Ar olsun belə həkimlərə. Adamı şikəst eləməkləri azmış kimi, hələ bir pul da istəyirlər. Məhkəməyə verib 117 min almaq lazımdı bunlardan”.
 
Qeyd edək ki, 40 yaşlı qadın ana olmaq üçün “Baku Medical Plaza”ya gedib. Onun uşağını dünyaya gətirdikdən 12 gün sonra halı pisləşib.
 
Medianews.az

Загрузка...
Загрузка...