​Hitlerin rəqqasəsi, türklərin xilaskarı, MİT-in ilk qadın casusu - Təfərrüat

Baxış sayı: 
151
0  
0  

 
İlk türk casus xanım dedikdə ağıla Əminə Ədalət Pee gəlir.
 
Teleqraf.com xəbər verir ki, Adolf Hitler kimi caninin qarşısında göbək atan rəqqasə Əminə Ədalət haqqında geniş informasiya yoxdur. Ancaq onun Türkiyə Cümhuriyyəti üçün misilsiz xidmətlər göstərməsi gerçəklik kimi qəbul olunur.
 
14 yaşında Almaniyada məskunlaşan Əminə burada rəqqasə kimi fəaliyyətə başlayır. Bu dövrdə əmisinin qayını Henry Pee ilə ailə quran Əminə Ədalət onun soyadını götürür. Bir gecə rəqs etmək üçün səhnəyə çıxdıqda alman nasist zabitləri ona yaxınlaşaraq Hitlerin təbliğat naziri Jozef Qebbelsin onunla görüşmək istədiyini bildirirlər. Az sonra türk rəqqasəni SS zabitləri Qebbelsin malikanəsinə aparırlar. Burada Hitlerin təbliğat naziri türk qıza onlar üçün casusluq etməyi təklif edir.
Əminə Ədalət bu təklif haqqında düşünəcəyini deyir və malikanədən ayrılır.
 
1942-ci ilə qədər alman rejimi üçün casusluq etməyi rədd edən Əminə Ədalət Pee Türkiyəyə informasiya ötürməkdə davam edir. 1942-ci ildə ərinin ölümündən sonra Türkiyəyə qayıdan rəqqasə burada çox qalmır.
 
Yenidən Almaniyaya dönən rəqqasə Hitlerin yavəri Freqlayrla yaxın əlaqələr qurur. Bu yaxınlıq sayəsində Adolf Hitlerə yaxınlaşmaq imkanı əldə edir. Amma Əminə Ədalət Pee sadəcə rəqqasə deyildi, eyni zamanda Türkiyə dövlətinin Milli İstihbarat Təşkilatının (MİT) casusu idi.
 
Əminə Ədalət Pee bu yaxınlığı sayəsində Hitlerin Parisi işğal etmək niyyətini MİT-ə ötürə bilir. Bu Türkiyə üçün əhəmiyyətli informasiya olur. Türkiyə dərhal Parisdəki türk vətəndaşlarını ölkəyə çağıraraq onların ziyan görməsinin qarşısını alır.
 
Əminə Ədalət yaxın ətrafı ilə söhbətləri zamanı bəzi etiraflarda da bulunub.
 
“Atatürk səhnə uğurlarımı yüksək qiymətləndirib yanağımdan öpdüyü üçün bir həftə ərzində üzümü yumadım”, deyə Əminə Ədalət Pee Konyada Atatürklə görüşü haqqında dostlarına danışarkən deyib.
 
Yeri gəlmişkən, Əminə Ədalətin rəqslərini daim izləyən şəxslər sırasında Zəki Muren də olub. Zəki Muren rəqqas haqqında “ona aşiq olanlardan biri də mənəm” deməyi ilə xatırlanır.
 
Ağır tale yaşayan Əminə Ədalət illərcə İstanbulun Bəyoğlu rayonunda yerləşən əyləncə mərkəzində fəaliyyət göstərib.
 
1985-ci ildə bu məşhur çekist xanım Qocalar Evində kimsəsiz halda həyata vida edib.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...