​Hitlerin məğliyyətinin əsas səbəbləri – işğal siyasətinin labüd sonu

Baxış sayı: 
146
1  
0  

 
Faşist Almaniyasının SSRİ-yə məğlub olmasının səbəbləri uzun illər tarixçilər üçün müzakirə mövzusuna çevrilib. Mövzu ətrafında bu gün də müxtəlif və fərqli fikirlər səsləndirilməkdə davam edir. Əslində güclü hərbi sənayəsi, keyfiyyətli hərbi texnikası və silahları olan Almaniyanın, onun lideri Adolf Hitlerin, Uinston Çörçillin təbirincə desək, Stalinin xışla qəbul etdiyi SSRİ üzərində qələbə çalması labüd sayılıb. İkinci tərəfdən, Hitler bu müharibəyə əvvəlcədən böyük hazırlıq işləri görüb.
 
Maraqlıdır, fürer müharibə hazırlığında və onun gedişində hansı yanlışlıqlara yol verib? Hitler müharibə hesablamalarında hansı məqamları nəzərdən qaçırıb?
 
Araşdırmaçıların qənaətinə görə, Hitlerin II dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri Üçüncü Reyxin xarici siyasətində buraxılan kobud səhvlər olub. Belə ki, Almaniya müharibəyə başlamazdan əvvəl kapitalist ölkələrini eyni düşərgədə cəmləşdirərək SSRİ-yə qarşı kökləyə bilməyib. Bu sahədə SSRİ daha çevik və daha mükəmməl siyasət aparıb.
Maraqlı faktlardan biri odur ki, müharibədən əvvəl Almaniyanın iqtisadi ticarət sahəsində əsas partnyorları Amerika Birləşmiş Ştatları və Britaniya olduğu halda, müharibə zamanı bu ölkələr SSRİ-nin müttəfiqinə çevriliblər. Təbii ki, bununla da ABŞ-ın və Britaniyanın Almaniyaya neft, metal, yanacaq, taxıl və digər məhsulların idxal edilməsi zaman-zaman məhdudlaşdırılıb.
 
 
Hitler SSRİ-yə hücum planı hazırlayanda qarşısına kimin çıxacağının fərqinə varmayıb. O, Stalini tanıya və dərk edə bilməyib. Stalin nə qədər ziddiyyətli şəxsiyyət olsa da, onun müharibədəki xidmətləri danılmaz faktdır, o, Hitlerə öz gücünü, iradəsini, nəyə qadir olduğunu sübut etməyi bacarıb.
 
Vermaxt zabitlərinin peşəkarlağına arxayın olan Hitler digər bir məqamı da unudub. Məlum olduğu kimi Almaniya bir sıra Avropa ölkələrini sutkalar ərzində işğal edib. Amma bu ölkələrdə alaman qoşunlarının dislokasiya olunması üçün canlı qüvvələrin çatışmazlığı problemi yaşanıb. Hərbi əməliyyatlar zamanı verişmiş itkilərin yerini doldurmaqda Hitler çətinlik çəkib. Peşəkar hərbçilər bunu nəzərə alaraq yeni hərbi əməliyyatlara başlanmasına bir müddət fasilə verməyi Hitlerə tövsiyə etsələr də, fürer buna razılıq verməyib. II dünya müharibəsində Almaniyanın tank qoşunları komandanı olmuş general-mayor Fridrix Mellentin sonralar yazdığı memuarlarında bu məsələyə geniş yer ayırıb:
 
 
“Yeni əməliyyatların keçirilməsi ilə bağlı müşavirələrin hamısında Hitler şəxsən iştirak edirdi. Son qərarı da o verirdi. Artıq 1940-cı ildə məxfi keçirilən müşavirələrdə SSRİ-yə hücum planı hazırlanırdı. Bu dövrə qədər Almaniya bir çox uğurlar qazanmışdı, Avropanın bir sıra ölkələri alman qoşunları tərəfindən işğal olunmuşdu. Mən həmin ərəfədə SSRİ-yə hücum planını bir müddət uzatmağı təklif etdim, hərbi əməliyyatlara fasilə verməyin vacib olduğunu bildirdim. Texnika və silah problemi çox da böyük deyildi. Hərbi sənaye müəssisələri dayanmadan işləyirdi. Amma canlı qüvvə tərəfdən problem var idi. Hərbi əməliyyatlar itkisiz ötüşmürdü. SSRİ-yə hücum planı genişmiqyaslı idi, hər bir qoşun növü öz planlarını təqdim etmişdi və təqdim olunan planların təmin olunmasında görünən problemlər var idi, əsasən canlı qüvvə problemi. Digər tərəfdən, işğal olunmuş ərazilərdə komendaturaların yaradılması, müəyyən sayda qoşunların dislokasiya olunması da vacib şərtlərdən biri idi ki, bunun üçün də kifayət sayda şəxsi heyət tələb olunurdu. Bütün bunlara, əsaslandırılmış fikirlərə baxmayaraq, Hitler mənim və digər peşəkar hərbçilərin təklifləri ilə razılaşmadı...”
 
Beləliklə, Hitler 1941-ci ildə Vermaxtın mövcud problemlərini nəzərə almadan SSRİ-yə hücum planını həyata keçirib.
Məğlubiyyətin əsas səbələrindən biri işğal olunmuş ərazilərdə almanların yerli əhaliyə qarşı amansız və vəhşi rəftarı olub. Bu rəftar nəticəsində dünya ictimaiyyəti, mövqelərindən asılı olmayaraq dünya ölkələri faşist Almaniyasının əsl simasını “kəşf” ediblər ki, bu da Almaniyanın xarici siyasətinə mənfi təsir edib, ölkənin siyasi imicinə zərbə vurub.
 
Vermaxtın sağ qalan yüksək vəzifəli hərbçilərinin əksəriyyəti sonralar Adolf Hitlerin fəaliyyəti haqqında danışanda, onu hərbi taktikadan anlayışı olmayan biri kimi xarakterizə ediblər.
 
2020-ci ilin avqust ayında Almaniyada nəşr olunan “Die Welt” qəzetində çap olunan nasist zabitlərinin memuarlarında da bu fikirlər öz əksini tapıb. Müharibə iştirakçılarının xatirələrində bir fikir xüsusilə vurğulanıb: “Hitler peşəkarlara etibar etsəydi, məğlub olmayacaqdı, o, özü də bilmədən müharibənin gedişatına, Almaniyanın qələbəsinə əngəl törədirdi...”
 
 
Bununla bağlı 1938-1942-ci illərdə Almaniya ordusunun piyada qoşunlarının baş qərargah rəisi vəzifəsində xidmət edən general-polkovnik Frants Qalderin fikirləri də maraqlıdır:
 
“Hərb dərin bir elmdir, müharibə şəraiti isə bu elmin ən çətin mənimsənilən, öyrənilən bir fəslidir. Çünki müharibə şəraitində vəziyyətin hər dəqiqə dəyişməsi mümkündür. Hitler bu incəlikləri heç vaxt anlamayıb. Gözlənilməz və düşünülməmiş qərarları ilə Vermaxtın əməliyyatlarına əngəlliklər törədib. Kiyev əməliyyatında 650 min nəfəin əsir və girov götürülməsi, hərbi qənimətlərin əldə olunması Hitleri çox arxayın salmışdı və o, elə düşünürdü ki, Moskvada da eyni hal təkrar olunacaq. Amma şəxsən mən bilirdim ki, Vermaxt qoşunları Moskva uğrunda gedən döyüşlərdə uğursuzluğa düçar olunacaq. Bu haqda Hitlerə məruzə etmişdim. Amma bu məruzə onun üçün mənasız idi. Hitler öz texnikasına güvənirdi, nəzərə almırdı ki, Stalin canlı qüvvə ilə bu texnikanın qarşısına sədd çəkəcək. Fürer bi məsələni də diqqətindən qaçırıdı ki, SSRİ-də silah istehsalı Almaniyanı keçib. Bunlarla yanaşı bir məsələ də nəzərdən qaçırılmışdı ki, döyüşlər Moskvada olacaq, sovet qoşunlarının yaxşı bələd olduğu bir ərazidə və soyuq qış fəslinə uyğunlaşa bilən sovet döyüşçüləri ilə. Bütün bu amillər 1941-ci ilin qışında Hitleri ilk məğlubiyyətlə üzləşdirdi, daha sonra Stalinqrad və Kurs döyüşləri isə bütövlükdə müharibənin gedişatını dəyişdirdi və Hitleri məğlubiyyətə daha da yaxınlaşdırdı...”
 
 
Nəhayət, Hitlerin müharibədə məğlun olmasının mənəvi bir tərəfi də var ki, bu da danılmaz faktdır. Üstündə haqqı və sahibliyi olmayan torpağa göz dikmək, onu işğal etmək arzusuna düşmək ən azı mənivi cinayət və mənəvi əxlaqsızlıqdır.
 
Fürerin bütün dünyaya göz dikməsi, dünyaya sahib olmaq iddiası heç vaxt normal təfəkkürün məhsulu kimi qiymətləndirilməyib. Təbii ki, son nəticə də başqa cür ola bilməzdi.
 
Təəsüf ki, müair dünyamızda da işğaıçılıq ehtirası ilə yaşayanlar hələ də mövcuddurlar. Faşist xislətli Ermənistan rəhbərliyi, onun baş naziri Paşinyan ən azı yaxın tariximizə nəzər salıb son aqibətini hiss etməlidir və dərk etməlidir ki, torpaq halallığı sevir, əks təqdirdə onun üstündə gəzmək mümkün olmur...
 
İlham Cəmiloğlu, Musavat.com

Загрузка...
Загрузка...