​Hindistan Rusiyaya 850 milyon dollar ödədi - S-400 SÖVDƏLƏŞMƏSİ

Baxış sayı: 
77
3  
0  

Hurriyyet.org xəbər verir ki, Hindistanın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması ilə əlaqədar bağladığı müqavilə çərçivəsində 850 milyon dollarlıq ödənişin həyata keçirildiyi bəlli olub.
 
Rusiyanın müdafiə naziri Sergey Şoygu Sankt-Peterburq şəhərində Hindistanın müdafiə naziri Rancnat Sinqh ilə görüşüb. Rusiya mətbuatı iki ölkənin müdafiə nazirlərinin həyata keçirdiyi görüşdə Hindistanın S-400 hava hücumundan müdafiə sistemləri üçün 850 milyon dollarlıq ödəniş edildiyi və Rusiyadan S-400-lərin təslim edilməsi prosesinin sürətləndirilməsini tələb elədiyini yazıb.
 
Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında heyətlər arasındakı görüşlərdə Şoyqu və Sinqhin Hindistan ilə Rusiya arasındakı ortaq təlimləri ilə yanaşı, hərbi əlaqələri də müzakirə elədiyi bildirilib. Açıqlamada S-400-lə bağlı danışıq aparılıb-aparılmadığı, Hindistanın ödəniş edib-etmədiyi kimi məsələlərlə bağlı məlumat verilməyib. Rus mətbuatı isə iddialarının hərbi mənbələrə istinad edildiyini yazıb.
 
2018-ci ilin oktyabrında Hindistan ilə Rusiya arasında 5 ədəd S-400 hava hücumundan müdafiə sisteminin satışı ilə bağlı 5,43 milyard dollarlıq protokol imzalanmışdı.

Загрузка...
Загрузка...