​Hicablı qadınları təhqir edən aktrisa polisə çağırıldı

Baxış sayı: 
58
1  
0  

Məşhur aktrisa Dəniz Çakır sabah məhkəməyə gedib ifadə verəcək.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda alış-veriş mərkəzindəki kafedə hicablı qadınları təhqir etdiyi iddiasıyla aktrisa Dəniz Çakır haqqında cinayət işi açılıb.
 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK partiyasının dünənki yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edərək onu faşist adlandırıb.
 
“Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistanına gedin" demək faşistliyin ən yüksək həddidir. “Səudiyyə Ərəbistanına gedin, burada nə işin var” deyənləri düşünün, özü də sənətçi imiş. Nə deyirsiniz, deyin bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK partiyası tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan siyasi təfəkkürdür” , - deyə ölkə başçısı bildirmişdi.

Загрузка...
Загрузка...