“Hercai”nin yaraşıqlı aktyoru xarici sevgilisiylə toya hazırlaşır? - FOTO

Baxış sayı: 
86
1  
0  

“Hercai” serialında canlandırdığı Miran obrazı ilə böyük populyarlıq qazanan aktyor Akın Akınözü evlənməyə hazırlaşması xəbərlərindən danışıb.
 
Publika.az xəbər verir ki, hava limanında xarici sevgilisiylə görüntülənən aktyor haqqında yayılan iddialara cavab verib. O, arxa fonda “Happiness” sözünün yazıldığı fotosuna aydınlıq gətirib:
 
“Foto evlilik təklifi kimi yozumlandı, o mövzuya aparmaq niyyəti var. Xoşbəxt olduğumuz bir anda paylaşmaq istədim. Profilimdə o enerjini göstərmək istədim. Elə bir plan yoxdur”.
 
Daha sonra Akınözü pandemiyanın təsirindən danışıb:
 
“İnsanlar köhnə bayramlar üçün darıxır, Ramazan bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün acı keçdi, hər kəs ailəsindən uzaqlaşdı. Mövsüm finalına da erkən çıxdıq, evə qapandım, ailəmlə birlikdə vaxt keçirdim. Hamımız üçün çətin bir proses idi”.

Загрузка...
Загрузка...