Helsinki sammitinin ilk meyvəsi – Putin istədiyinə ÇATIR

Baxış sayı: 
112
0  
0  

Rusiyanın “Rusal” konserni barəsində ABŞ-ın sanksiyaları şirkətin Amerika hakimiyyətinə xahişi ilə ləğv edilə bilər.

Turaninfo.org xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

“Əgər biz münasib həlli tapa bilsək, onda hədəfimiz budur”, - o deyib.

Nazir qeyd edib ki, “Rusal” dünyanın alüminium bazarında mühüm rol oynayır. Bundan başqa, onun sözlərinə görə, konsernin rəhbərliyi Amerika hakimiyyətinin tələbləri ilə razılaşıb.

Qeyd edək ki, Oleq Deripaskinin şirkət üzərində nəzarətdən imtinası ABŞ-ın əsas tələblərindən idi. “Kreml məruzəsi”nə adı salınan Oleq Deripaski cari ilin mayında şirkətin Direktorlar Şurasının tərkibindən çıxıb.

Xatırladaq ki, iyulun 16-da ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin arasında Helsinkidə görüşü keçirilib. Ekspertlər görüşün iki ölkə arasındakı münasibətlərə müsbət təsir edəcəyini və sanksiyaların tədricən ləğv ediləcəyini proqnozlaşdırırlar.

Загрузка...
Загрузка...