​“Heç vaxt döyülmədim...”-İmamoğlu prezident, yoxsa CHP başqanı olacaq?

Baxış sayı: 
102
1  
0  

 
İstanbul bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu barəsində danışılanlar və özünün düşüncələri haqda...
“Tez-tez uşaqlıq dostlarımla bir araya gəlirəm ki, onlardan “mən dəyişmişəmmi” soruşum?”
İstanbul bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu “Haber Qlobal”ın “40 sual” proqramının qonağı olub. Musavat.com xəbər verir ki, İstanbul bələdiyyəsinin başqanı öncə seçki dönəmində onun “hansısa üst qüvvələrin projesi” olması ilə bağlı iddiaları cavablandırıb. O deyib ki, bu iddiaların əsası yoxdur və özünü “cəmiyyətin, toplumun namizədi” hesab edir. Əkrəm İmamoğlu seçki dönəmində və ondan sonra hətta babasının belə qəbrinin “görəsən, babası qazidirmi” deyib, araşdırılmasından gileylənib.
 
Cəmi on aydır ki, bələdiyyə başqanı olan İmamoğlu işinə qiymət vermək istəməyib, “vaxtı gələndə seçici buna qərar verəcək” deyib. İmamoğlu ədalət duyğusunun onun üçün ən önəmli olduğunu bildirib.
 
 
 
“PKK və FETÖ ilə bağlantınız varmı” sualına birmənalı “yox” deyib. Onun sözlərinə görə, FETÖ ilə heç bir əlaqəsi olmayıb, baxmayaraq ki, vaxtilə onunla çox yaxınlıq edənlər indi o dövrü xatırlamamağa çalışırlar. “PKK 40 ildir Türkiyəyə zərər verən terror təşkilatıdır” deyən bələdiyyə başqanı onun haqqında bu cür ittiham səsləndirənləri məhkəməyə verdiyini söyləyib. HDP-nin seçkidə ona dəstək verməsi haqda danışılanlara gəlincə, “HDP seçməni mənim vətəndaşımdır, həmşəhrimdir. HDP Türkiyə qanunlarına görə siyasi fəaliyyətlə məşğul olan təşkilatdır” deyə, qeyd edib.
 
İmamoğlu “CHP kimi bitirmək istəyirsə, ona elə bir görəv tapşırır ki, gedib orada batsın” kimi söz-söhbətə də aydınlıq gətirib. İmamoğlu deyib ki, gücü çatmayan heç bir işə girişməyib, 25 il sonra partiyaya İstanbulda yenidən qələbə qazandırıb. CHP başqanı olmaq iddiasına gəlincə, İmamoğlu “İstanbuldan başqa heç bir iddiam yoxdur” söyləyib. Əlavə edib ki, bir işi icra edərkən, başqa bir iş haqda düşünənlər heç bir uğur qazana bilməz. Prezident olmaq istəyinə gəlincə də İmamoğlu “İstanbulu yönəldirəm. Hələ İstanbulun bacarıqlı başqanı olmaq istəyirəm” deyib.
 
 
 
İstanbulun iki ciddi problemindən danışan bələdiyyə başqanı zəlzələ təhlükəsi və kasıblığı önə çəkib. O deyib ki, zəlzələ ilə bağlı məsələ bir bələdiyyənin, bir prezidentin görə biləcəyi iş deyil. Başqan “zəlzələ Türkiyənin milli məsələsidir” deyib. Bələdiyyə başqanı bunun üçün zəlzələ komissiyasının yaradılmasının vacibliyini, burada maliyyədən tutmuş elm adamlarınadək böyük bir qrupun təmsil olunmasını təklif etdiklərini söyləyib. “Hətta başında da müstəqil bir adam oturmalıdır. Siyasətdən uzaq bir komissiyanın qurulması ilə bağlı prezidentə təklifləri vermişik” deyə. bildirib.
 
“Yoxsulluqla yardım etməklə mübarizə aparmaq mümkün deyil” deyən bələdiyyə başqanı pandemiya dövründə İstanbulda 1 milyon 100 min adama ən müxtəlif yardım etdiklərini bildirib. “Bu, bir az yaraya məlhəm ola bilər. Ən əsas iqtisadi çözümü olmalıdır” deyərək fikrini tamamlayıb.
 
Elazığ zəlzələsində ailəsi ilə istirahət fotosunu paylaşdığını və cəmiyyətdən ciddi təpki aldığını xatırladan aparıcının “kayak (xizək) sürməyin sırası idimi?” sualını İmamoğlu cavabsız buraxmayıb. O deyib ki, uşaqları həmin vaxt Elazıgda olub. Özü xanımı ilə Elazıg və Tuncelidə zəlzələ ilə bağlı vəziyyəti öyrənib. İki gün orada adamlarla görüşəndən sonra ailəsinin yanına gedib. İstirahətdə olanda isə bir müddət əvvəl çəkilmiş ailə fotosunun paylaşlıldığını, guya həmin fotonun yeni çəkildiyini iddia edərək ailəsinin təhqirlərə məruz qaldığını söyləyib. “Bu səbəbdən də istirahətdə olan fotonu paylaşmağa məcbur oldum” deyə, bələdiyyə başqanı bildirib.
 
 
 
Əvvəlki kimi enerjili olmadığı, “ruzgarının keçdiyi” barədə söyləntilərə isə keçmiş futbolçu kimi cavab verərək “oyunun 90 dəqiqə olduğunu bilirəm” deyərək əvvəlki kimi enerjili və həvəsli olduğunu bildirib.
 
Siyasi nəzakətlə bağlı sualdan danışan bələdiyyə başqanı barəsində deyilən söyüşcül iddialarını təkzib edib: “Söyüş(küfr) günahdır. Gərginlik ola bilər, ağzımdan sərt söz çıxa bilər. Bir səhvim olsa, üzr istəməyi də bilirəm.” Özündən razılıqla bağlı ittihamlarla razılaşmayan CHP-li başqan “mən elə birisi deyiləm” söyləyib. Daha sonra deyib: “Siyasət məni dəyişdimi? Tez-tez uşaqlıq dostlarımla bir araya gəlirəm ki, onlardan “mən dəyişmişəmmi” soruşum? Hələ ki, bir dəyişiklik yoxdur deyirlər”.
 
Barəsindəki Bəylikdüzü bələdiyyəsində işlədiyi vaxt rüşvət ittihamlarını da cavablayan İmamoğlu bunları deyib: “İki dəfə araşdırma aparılıb, heç nə sübuta yetirilməyib. Amma bu dosyeləri şişirdib siyasiləşdirmək cəhdləri var. Bu araşdırma davam edir. Hesabını verə bilməyəcəyim bir lirə yoxdur”. O, heç vaxt qohumlarını və ailə adamlarını işə götürmədiyini də deyib.
 
 
 
Bələdiyyə başqanı Türkiyənin çox ciddi problem olan qadına şiddəti mövzusu haqda da danışıb. O deyib ki, bu problem bir tərbiyə, elm məsələsidir. Əsas odur ki, elmli, duyarlı bir toplum yetişsin.
 
“Cümhuriyyət qadını bölgüsü yanlışdır. Bu ölkənin kəndindəki qadın da, malabaxan qadın da, iş qadın da, ana da cümhuriyyət qadınıdır”deyə bildirib. Həyat yoldaşının modern qadın olması ilə bağlı yazıları münasibət bildirən bələdiyyə başqanı deyib ki, xanımın nə geyinməsinə qarışmır. Amma cəmiyyətin diqqətində olduqları üçün məsləhətləşirlər. Xanımının dostunun bacısı olduğunu deyən bələdiyyə başqanı 24 yaşında evləndiyini və 25 ildir xoşbəxt ailəsi olduğunu söyləyib.
 
12 il Quran kursuna gedən bələdiyyə başqanı kiminsə dini görüşlərinə qarışmadığını, kiminsə də onun dini dünyasına müdaxiləsinə qarşı olduğunu deyib. Bələdiyyə başqanı uşaqlıqda əsgər, müəllim və futbolçu olmağı arzuladığını, Qara dənizli olsa da, heç vaxt kimisə döymədiyini və döyülmədiyini söyləyib.
 
 
 
Orxan ƏLİYEV,
Musavat.com

Загрузка...
Загрузка...