Heç kimə güzəşt etməyəcəyəm - Millimizin məşqçisi

Baxış sayı: 
59
1  
0  

Uşaqlar sağ olsun ki, çempionatda bütün potensiallarını ortaya qoydular.

Turaninfo.org xəbər verir ki, bunu sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş 23 yaşadək güləşçilərin dünya çempionatında idmançılarımızın çıxışı barədə danışarkən deyib. O, yarışda idmançılarımızın bir qızıl, bir gümüş və bir bürünc medal qazandığını söyləyib:

“Hər bir azərbaycanlı kimi ölkəmizin bayrağı qalxanda biz də sevinirik. Yığmanın baş məşqçisi olaraq mənim üçün ikiqat sevindirici haldır. Dünya çempionumuz Şamil Zubairov verdiyimiz taktikanı sonadək dəqiq yerinə yetirdi. Onun qələbəsi məni hədsiz sevindirdi. O, U-23-lərin Avropa çempionluğundan sonra, dünya çempionu da oldu”.

F.Umudov qeyd edib ki, milliyə hansı idmançının düşməsi ölkə çempionatına əsasən müəyyənləşdiriləcək:

“Düzdür, ölkə çempionu olmaq da hələ onun dünya və Avropa çempionatlarında millimizi təmsil etməsi anlamına gəlməyəcək. Biz onları beynəlxalq turnirlərdə sınayacağıq. Açığını deyim ki, millidə heç kimə güzəşt olunmayacaq, heç kimin nazı ilə oynanılmayacaq. Kim millidə nizam-intizama əməl etsə, həmin güləşçilər də beynəlxalq yarışlarda iştirak edərək II Avropa Oyunları və Tokio Olimpiadasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək”.

Dünya 3-cüsü olan Murad Süleymanov (86 kq) isə çıxışı haqqında bu fikirləri səsləndirib:

“İlk görüşüm erməni güləşçi ilə idi. Rəqib erməni olduğu üçün onunla güləşəndə həyəcanım vardı. Amma sonda ona qalib gəldim. Bürünc medal uğrunda görüşdə isə kanadalı idmançını məğlub etdim. Çəkimi dəyişmək fikrim yoxdur. İstəyirəm ki, daha yaxşı nəticə göstərib, bu çəki ilə Olimpiadada yer alım”.

 
Загрузка...
Загрузка...