Heç bir şeyin zaman ehtiyacı yoxdur! Gəldi deməlisən! İmişlidən qalmaqallı məktub

Baxış sayı: 
30
5  
0  

 
Diqqətli oxucu! Elə başa düşülməsin ki, mən böyük adamların “Hər şeyin zamana ehtiyacı var” ifadələrini qəribçiliyə salıb yuxarıdakı ifadəni işlətdim. Xeyr! Gəldi deməlisən. Demirsənsə, o sözü də işlədib camaatın ürəyinə xof salma! İsgəndərin buynuzunu görən dəllək görür ki, şişib dağılır quyuya deyir, əks-səda gəlir hamı eşidir. “İsgəndərin buynuzu var buynuzu” Yerin də qulağı var eşələyib tapacaqlar. Elə bəri-başdan özüm deyim də...
         Başqa bir misal. Birisi deyir: sənə bir söz deyəcəm mənim adım olmasın. Bədbəxt başa düşmür ki, kiməsə desəm ya polis, ya da KKB-si məni sürüyüb aparacaq, ayağımı falaqqaya salıb o günə qoyacaqdır ki, adını dedizdirəcəklər sonra deyəcəksən ki, bu agent imiş.
         Odur ki, mən bildiklərimi deyəcəm. Əgər mən yazının altında adımı yazmasam, hansı axmaq mənim yazımı buraxar? Elə adımı da yazıram və falaqqasız döyülüm də!!! İstəsəm böyük adamlardan da yazaram. Bax bunun zamana ehtiyacı var kimi düşünməyin. Hələlik sapı özümdən olan baltalardan başlamışam. Məsələn, “Mesanat Holdinqin” rəhbəri Tofiq İsayev İmişlidə H.Əliyev adına parkda bir bina tikdirib. Binanın yarısı gənclər mərkəzi yarısı da şadlıq sarayıdır. Sərəncamı, zadı yoxdur. İsayev Tofiq Dövlət Əmlak Komitəsindən o vaxt ki, dəmiryolçuların mədəniyyət sarayını (klubu) alıb. 2013-cü ildə İmişli rayon İH-nə məktubla müraciət edib ki, izin versin klubda təmiz və rekonstruksiya işləri aparsın. İnsafən başçı da sərəncam verib. Bu əlinə döndüyüm də klubu (bu klub mədəni–irs nümunəsi idi) söküb bir bina inşa etdirdi, yarısı şadlıq sarayı, yarısı da gənclər mərkəzi. Açılışa gələn prezidenti arxa qapıdan guya gənclər mərkəzi tərəfdən lenti kəsdirdilər, bilmədi ki, divarın o biri tərəfi şadlıq sarayıdır. Mən bunu nə adlandırım ki, oxucular məni başa düşsünlər. “Bir ürəkdə iki can” və ya bir bina iki ...
         Zamanında “Azərenerjiyə” yazmışdım ki, 5-10 kv.m sahəsi olan obyekt sahibindən həyətində tikdiyi obyektə sərəncam tələb edirsiniz ki, texniki şərt verəsiniz, sərəncamı olmayan obyektə necə “texniki şərt” vermisiniz. İndi mən soruşuram “gənclər mərkəzi” kimin balansındadır? İşçiləri demirəm gözətçinin əmək haqqını kim verir? Deyək ki, gecə polisi adlanan bir təşkilat qoruyur. Bəs müqaviləni kim bağlayıb, hay! Xadimələrə pul hansı təşkilatdan verilir və s. zamanında yazmışdım ki, 14 hektarlıq mədəniyyət nazirliyinin parkı 2006-cı ildə satılıb. Əmlak komitəsinin sədr müavini nazirliyə 2010-cu ildə yazdı ki, filan maddəyə görə parkın qorunması sizə tapşırılır. 2019-cu ildir komitə və nazirlik zamanı dayandırıb. Zaman demişkən şərəf və ləyaqətinin təhqir və ona böhtan atdığımı hesab edən spirt zavodunun sahibi Saleh Səmədov məhkəmədə əlində parlament saytından əldə etdiyi çıxarışı göstərdi ki, bunu da bu yazıb! Hansı ki, xəbərim yox idi, mənim ad və soyadım göstərilməmişdi. Soruşdum ki, orda nə yazılıb? Dedi yazmısan ki, qaz və elektrik sərfiyyatına görə mən cərimə olunmuşam. Amma mənə Məhbub böhtan atır. Bildirdim ki, əvvəla, o yazıdan xəbərim yoxdur. İkincisi də, mən dəli deyləm ki, əgər sənə havayı qaz və elektrik enerjisi verirlərsə, hansı qaz müdiri və ya elektrik şəbəkəsi sənə cərimə yazar? Dəli olublar? Xəbərləri olmasa, sənə havayı qaz və ya elektrik enerjisi verməzlər. Birdə ki, lap cərimələsinlər, ağa durub bir də dostların məhkəmə, tualetdən başqa hər yerə səninlə gedirlər. Bunları bilə-bilə mən o qədər axmağam ki, bu cür şeyləri yazam!? Birdə ki, qaz idarəsi camaatın sayğaclarını dəyişdirib öz laboratoriyalarında (sanki laboratoriya babasından miras qalıb) analiz etdirib camaata saxta cərimə yazdırıb qaz kimi yolurlar.
         Bir də ki, sən məni zavod sahibi kimi deyil, adi vətəndaş kimi məhkəməyə vermisən. Ünvanda və iddia ərizəsinin təsviri hissəsində sahiblik cümləsinə rast gəlməmişdim. Mənim yazım başqa qəzetdə idi... 5 ay 6 gün həbs cəzası, sonradan öyrəndim ki, gün məsələsi o deməkdir ki, günə-gün  “yatmalısan”. Deməli kişi zamanı əldən buraxmayıb, zamanında işi bitirib.
         Diqqətli oxucu! İmişlilər üçün bir çətin problem yaranıb, zamanı keçsə də, yazmalıyam. 1940-50-60-cı illərdə çiy kərpicdən ev tikən vətəndaşlarımız kupça almaq (bu kupça sözünün tərcüməsini bilmirəm, deyilənə görə “küpçü” deyirlər) üçün Əmlak komitəsinin “kadastr” deyilən və Horodizdə yerləşən bir idarəsinə pul köçürürlər, dəfələrlə maşın tutub gedirlər... (üç nöqtəni yadınızdan çıxarmayın) gəlirlər, gözləyirlər... və imtina cavabı alırlar... Səbəb kimi göstərirlər ki, yaşadığınız yer, ərazi örüş yeri olub və ya “hasarınızın üstündən elektrik xətti keçir” deyirəm, görəsən, tək bizim suputnikimiz belə göstərir, başqa ölkələrdəmi belədir? O kadastrdakıları vətəndaşlara göstərmirlər, göstərsələr də, başları çıxmayacaq. Vəzifəli kadastr işlədən soydaşlarımızın, həmvətənlərimizin lap elə qardaşlarımızın dediklərindən belə çıxır ki, o illərdə İmişlidə yaşayış olmayıb, yəni ki, ancaq heyvanlar otlayıblar. Bəs elə isə o heyvanların bir yiyəsi olmayıb? Naxır gecələr evə gəlir axı? Yaxud elektrik xətti vətəndaşın həyətindən keçməli idi? Bəlkə yolun ortasında çəkilməli idi? Mən ölü, Siz diri baxarsınız axırda deyəcəklər ki, “Sizin həyətinizdə elektrik xətti var” zamanında deyin sözünüzü, sonra gec olacaq. Amma bildirməliyəm ki, əsil indi ki, örüş yerlərində on hektarlarla istixanalara ticarət mərkəzlərinə, sahibkarlıq obyektinə, “küpçü” veriblər. Hətta İmişli də tikilənlərə izi azdırmaq üçün Saatlı rayonu Araz çayının körpüsünün yanında “kadastr” veriblər! Əgər Allah eləməmiş İmişliyə gələn əcnəbi və ya qeyri-vətəndaş istixananı və ya ticarət mərkəzini Saatlı körpüsünün yanında axtaracaqlar. Çünkü əcnəbilər kadastrdan başı çıxır və kadastr xəritəsi ilə gəzirlər.
 
 
Məhbub Əvəz oğlu Zülfüqarlı
ADP İmişli RT-nın sədri keçmiş məhbus.

Загрузка...
Загрузка...